Bu gün:

Yayda sağlam qidalanmaq üçün nələrə diqqət etmək lazımdır?


Qidalanma və Pəhriz mütəxəssisi Ayşegül Akkaya Erden yay aylarının gəlməsi və daha nazik paltarların geyinilməsi ilə artıq çəkinin getdikcə daha çox rast gəlinən problemə çevrildiyini bildirib. Qısa müddətdə arıqlamağa çalışan insanların uzun müddətli aclıq, tək tərəfli qidalanma kimi müxtəlif üsulları sınaqdan keçirdiklərini ifadə edən dietoloq Erden,-“Bütün bunlara əlavə olaraq, isti hava, cazibədarlıq kimi bir çox faktor var. Yay meyvələri və maye itkisi qidalanmamıza təsir edir",- deyə qeyd edib.

Yayda sağlam qidalanma üçün məsləhətlər arasında, xüsusilə, yay aylarında maye itkisinin daha çox olduğunu ifadə edən Qidalanma və Pəhriz Mütəxəssisi Ayşegül Akkaya Erden sağlamlıq problemlərinin yaşanmaması üçün bu vəziyyətlə bağlı fərdi tədbir görülməsi lazım olduğunu vacibliyini qeyd edib. Qidalanma və Pəhriz mütəxəssisi Ayşegül Akkaya Erden maye qəbulunun çəkiyə görə edilməsi lazım olduğunu ifadə edərək,-“Həyat üçün əvəzolunmaz bir maddə olan suyu, xüsusilə havalar isti olanda tərləmə ilə itiririk. Xüsusilə, yaşlılarda və körpələrdə maye itkisi daha qabarıq şəkildə özünü göstərir. Susuzluğun ən çox görülən simptomları yorğunluqdur, ağız quruyur, adam özünü pis hiss edir. Maye itkisi artdıqda başgicəllənmə və aşağı təzyiq meydana gəlir. İrəliləyən maye itkilərində qan təzyiqi düşür, ürək döyüntüsü artır, əzələ krampları baş verir, böyrək çatışmazlığı yaranır və şüur itkisi ola bilər. Gündəlik qəbul etməli olduqları su miqdarı kiloqram üçün 30 ml olaraq hesablanır. Məsələn, 70 kq-lıq bir insanın içməli olduğu minimum su miqdarı 2100 mililitrdir".

Hava istilərinə görə yemək qaydasının pozulmasına görə, qəlyanaltıların əhəmiyyətinin artdığını bildirən Erden,-“Bayram günlərində havaların isti keçməsi ilə əlaqədar yuxu və yemək rejiminin pozulması ilə bağlı şikayətlər alırıq. Yeməkləri vaxtında hazırlamaq olmur, bəzən əsas yeməklər bir-birini əvəz edə bilir. Gecə saatlarında yemək istəyinizi arta və sizin üçün daha dözülməz hala gətirə bilər",-deyə mütəxəssis qeyd edib.

Meyvələrin müəyyən miqdarda qəbul edilməsinin vacibliyini vurğulayan Qidalanma və Pəhriz Mütəxəssisi Ayşegül Akkaya Erden,-“Yay meyvələri göz oxşayan rəngləri, qoxuları və dadları ilə yemək siyahılarımızın başında gəlir. Hər şeydə olduğu kimi, meyvələrin balanslı qəbulu çox vacibdir. Vitamin və mineral dəstəyi, lif nisbəti və bir çox başqa səbəblərə görə gündəlik 2-3 porsiya meyvəni qaçırmadığınızdan əmin olun. Fərqli meyvələrdən istifadə etməyə diqqət edin. Meyvələrin yaxşı yuyulduğuna əmin olun və gigiyena qaydaları çərçivəsində qəbul etməyə çalışın".

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et