“Beşiktaş” ingilis futbolçu Kyle Walker-Peters transferində sona yaxınlaşıb.

“Siyah-ağlılar” 27 yaşlı ingilis sağ cinah müdafiəçisi ilə razılıq əldə edib.
Walker-Petersin “Beşiktaş” klubunun prezidenti Serdal Adalıdan 2 günlük xüsusi icazə istədiyi məlum olub.
Təcrübəli futbolçunun bazar ertəsi günü İstanbulda olması gözlənilir.
Walker-Petersin burada tibbi müayinələrdən sonra müqaviləyə imza atması planlaşdırılır.
Mənbə:TRT Haber
Tərcümə etdi:Nigar Həsənzadə
