Bu gün:

Alimlər uzun illərdir tapılmayan qədim Babil himnini aşkar ediblər


Təxminlərə görə, bu himn eramızdan əvvəl I minilliyin əvvəllərinə aiddir və 250 sətirdən ibarətdir.

O dövrdə Babil məktəblərində uşaqlara bu himn əzbərlədilib və yazdırılıb. Mətndə Fərat çayının bölgəyə necə həyat verdiyi, tarlaları yaşıllaşdırdığı və Babil şəhərinin qüdrəti ətraflı şəkildə təsvir olunur. Himn Babilin gözəlliyini və bolluğunu tərifləyir.

Himndən bir parça:

“Fərat onun çayıdır, müdrik hökmdar Nudimmud tərəfindən yaradılıb.

Susuzluğu yatırar, qamışlıqları bəsləyər,

Sularını laquna və dənizə axıdar.

Onun tarlaları otlarla, çiçəklərlə bəzənir,

Çəmənliklərdə arpa bitir,

Məhsul yığılır, dəzgahlar dolur.

Sürülər yaşıl otlaqlarda dincəlir.

Zənginlik və əzəmət – bəşəriyyətə yaraşan nemətlər verilir, çoxalır və kral tərəfindən bəxş olunur".

Mənbə: Another History 

Tərcümə etdi: Səid Quliyev

Paylaş
Şərh əlavə et