Bu gün:

“Trabzonspor” ilə “Dinamo Tiflis” bərabərə qalıb


Trabzonspor” yoxlama oyununda Gürcüstanın “Dinamo Tiflis” komandası ilə 1–1 hesablı bərabərlik əldə edib.

Klubdan verilən məlumata görə, Mehmet Ali Yılmaz Təlim Mərkəzində mətbuat və azarkeşsiz keçirilən qarşılaşma 1–1 hesabı ilə başa çatıb.

“Trabzonspor”un yeganə qolunu penalti zərbəsi ilə Muhammed Cham vurub.

“Bordo-mavililər” iki günlük istirahətdən sonra 15 iyul çərşənbə axşamı günü Erzurumda yeni mövsüm hazırlıqlarını davam etdirəcək.

Mənbə:TRT Haber 

Tərcümə etdi: Nigar Həsənzadə

Paylaş
Şərh əlavə et