“Benfica” “Beşiktaş”a transfer olan Orkun Kökçünün maliyyə detallarını açıqlayıb. Məlumata görə, Portuqaliya təmsilçisi 25 milyon avro + 5 milyon avro bonus gəlir əldə edəcək. Orkun bu göstərici ilə “Beşiktaş” tarixinin ən bahalı transferi olacaq.

“Benfica”milli futbolçu Orkun Kökçünün “Beşiktaş”a transferi ilə bağlı maliyyə detalları açıqlayıb.
Açıqlamaya görə, futbolçunun müqaviləsində 25 milyon avroluq məcburi satınalma opsiyası var. Həmçinin, “Benfica” ilə “Beşiktaş” arasında imzalanan razılaşmaya əsasən 5 milyon avro bonus maddəsi də mövcuddur.
Beləliklə, Orkun Kökçü 30 milyon avro ümumi maliyyətlə “Beşiktaş” tarixinin ən bahalı transferi olacaq.
“Siyah-ağlı” klub milli futbolçu üçün sabah (13.07.2025) saat 20:30-da Tüpraş Stadionunda azarkeşlərə açıq imza mərasimi keçirəcək.
Mənbə :TRT Haber
Tərcümə etdi:Nigar Həsənzadə
