Bu gün:

Ordusu olmayan ölkələr


Ölkələr müxtəlif səbəblərdən silah götürür. Bura təhlükəsizlik narahatlıqları və xarici siyasət məqsədlərini misal göstərə bilərik.

Dünyanın bir yanında ABŞ, Rusiya, Çin və İran kimi ölkələr silahlanır. Digər yanında isə bəzi ölkələrin ordusu yoxdur.

Kosta Rika: Kosta Rika 1949-cu ildə ordusunu ləğv edib. Müdafiə büdcəsini təhsil, səhiyyə və ətraf mühitin mühafizəsinə yönəldib. Kosta Rikada ölkədaxili təhlükəsizliyi təmin etmək üçün isə xüsusi qüvvələrdən istifadə olunur.

İslandiya: İslandiyanın daimi ordusu yoxdur. Onun müdafiəsi ABŞ və NATO-ya üzv olanda imzalanan təhlükəsizlik razılaşması ilə həyata keçirilir. İslandiyanın kiçik sahil mühafizəsi və fövqəladə hallar üçün böhrana cavab bölməsi var.

Mavrikiy: Mavrikiy Hind okeanında ordusu olmayan kiçik bir ada ölkəsidir. Onun müdafiəsi təhlükəsizlik sazişlərinə əsaslanır.

Panama: 1990-cı ildən Panamada daimi ordu yoxdur. Onun müdafiəsi Milli Polis qüvvələri və Panama İctimai Qüvvələrinin məsuliyyətindədir.

Vatikan: Dünyanın ən kiçik müstəqil dövləti olan Vatikanın ordusu yoxdur. Papanın qorunmasına və Vatikanın təhlükəsizliyinə İsveçrə Qvardiyası cavabdehdir.

Andorra: Fransa və İspaniya arasında yerləşən Andorra öz ordusu və dənizə çıxışı olmayan kiçik bir ölkədir. Bağlanmış müqaviləyə əsasən, ölkənin müdafiəsi Fransa və İspaniyanın üzərinə düşür.

Qrenada: 1974-cü ildə müstəqillik əldə etdikdən sonra Qrenada daimi orduya malik olmamağı seçdi. Ölkənin müdafiəsi əsasən Qrenada Polis Qüvvələri tərəfindən həyata keçirilir.

Lixtenşteyn: Mərkəzi Avropada kiçik bir knyazlıq olan Lixtenşteynin ordusu yoxdur. Onun xarici təhlükəsizliyi İsveçrə ilə olan sazişə əsaslanır.

Marşal Adaları: Sakit okeanda bir ada dövləti olan Marşal Adaları azad dövlət olduğu üçün ABŞ ilə müdafiə müqaviləsi bağlayıb. Birləşmiş Ştatlar Marşal adalarının müdafiəsi və təhlükəsizliyinə cavabdehdir.

Nauru: Nauru Sakit okeanda yerləşən, daimi ordusu olmayan kiçik bir ada ölkəsidir. O müdafiə üçün digər ölkələrin, ilk növbədə Avstraliyanın köməyinə arxalanır.

Mənbə : Sözcü

Tərcümə etdi : Samirə ismayılova

Paylaş