Bu gün:

Fənərbağçadan 32 milyonluq transfer hücumu


Transfer işlərini sürətləndirən Fen İngiltərənin “Aston Villa” klubunun heyətində çıxış edən Leon Bailey ilə maraqlanır. Həm sağ, həm də sol cinahda oynaya bilən yamaykalı futbolçu sürəti ilə seçilir. Məsələ ilə bağlı daha ətraflı məlumat təqdim edirik.

Fransanın “Footmercato” nəşrinin yaydığı xəbərə görə, Fənərbağça klubu Leon Bailey-in transferi ilə bağlı “Aston Villa” ilə rəsmi danışıqlara başlayıb.

Qeyd edək ki, “Aston Villa” dörd il əvvəl Leon Bailey-i Almaniyanın “Bayer Leverkusen” klubundan 32 milyon avroya transfer edib. Geridə qalan mövsümdə futbolçu bütün turnirlər üzrə 38 oyunda iştirak edib, ümumilikdə 2072 dəqiqə meydanda olub. Bu müddət ərzində o, komandasına 2 qol və 4 assistlə dəstək verib.

Xatırladaq ki, Fənərbağça son olaraq Archie Brown-ı İstanbula gətirib. Sarı-lacivərtlilər indi isə Leon Bailey transferi ilə diqqətləri üzərinə çəkmək niniyyətindədir.

Mənbə: NTV spor 

Tərcümə etdi: Nərgiz Orucova 

Paylaş
Şərh əlavə et