Range Rover-in yeni loqosu ilk dəfə JLR tərəfindən investorlara təqdim olunan təqdimat zamanı ortaya çıxıb. Minimalist dizaynı ilə seçilən loqo, markanın xarakterik geniş şriftində yazılmış iki “R” hərfindən ibarətdir. Bu, daha sadə vizual üslubla Range Rover-in dəbdəbəli və müasir duruşunu önə çıxarır.
Range Rover-in yeni “RR” loqosu necə görünür?
Range Rover-in yeni loqosu ilk dəfə JLR-in investorlar üçün təqdimatında nümayiş olunub. Minimalist tərzdə hazırlanan loqo, markaya xas geniş şriftlə yazılmış iki “R” hərfindən ibarətdir. Bu dizayn brendin dəbdəbəli və müasir imicini vurğulayır.
Diqqətçəkən məqam budur ki, yeni loqo avtomobillərin ön və arxa hissəsindəki ənənəvi Range Rover yazısını əvəz etməyəcək. Brend nümayəndələri bildiriblər ki, bu simvol əsasən etiketlərdə, naxışlarda və tədbirlərdə istifadə olunacaq. Bu da Range Rover-ə müxtəlif mühitlərdə belə zərifliyini və brend imicini qorumağa imkan verəcək.
Yeni “RR” loqosunun arxasındakı strategiya
Range Rover-in loqo dəyişikliyi, JLR-in yaxınlarda açıqladığı “brendlər evi” strategiyasının bir hissəsidir. Bu yanaşmaya görə, Jaguar, Defender və Discovery kimi modellər daha müstəqil brendlər kimi fəaliyyət göstərəcək. Range Rover də bu strategiya çərçivəsində fərqli brend kimliyi qazanıb.
Jaguar bu strategiyaya uyğun şəkildə yeni loqosu “Type 00”ı təqdim edib. Lakin Defender və Discovery modellərindən hələ oxşar addım atılmayıb. Buna görə də, Range Rover-in yeni loqonu ilk qəbul edənlərdən biri kimi brendin elektrik SUV seqmentinə keçiddə qabaqcıl mövqeyini nümayiş etdirir.
Şahmat taxtasından ilhamlanmış dizayn
Range Rover yeni loqosu ilə birlikdə brendə məxsus yeni naxış dizaynını da təqdim edib. Şahmat taxtasını xatırladan “R” motivi əsas dizayn elementi kimi seçilib. Rəsmi tətbiqi hələ elan olunmasa da, mütəxəssislər bu naxışın gələcəkdə avtomobillərin ön barmaqlığında və ya interyerində istifadə ediləcəyini düşünür. Bu da Range Rover modellərini digər Land Rover avtomobillərindən vizual olaraq fərqləndirəcək.
Elektrik dövrü başlanarkən yeni loqo ilə təzə kimlik
Range Rover-in vizual dəyişikliyi, brendin elektrik mobilliyinə sadiqliyini göstərir. İlin sonunda təqdim ediləcək ilk tam elektrik modeli bu yeni loqo və naxışla daha da fərqlənəcək. Bu yeniliklər sayəsində Range Rover elektrik dövründə də lüks, zəriflik və güc irsini davam etdirəcək.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
