Bu gün:

Uşaq parklarındakı təhlükədən diqqətli olun


Havaların qızması ilə uşaq parkları, hovuzlara insan axını daha da çoxalıb. Bu vəziyyətin də əl, ayaq və ağız xəstəliklərinin artmasına səbəb olduğunu qeyd edən Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr.Koray Hacıoğlu bildirib ki, virus mövsümü bitdiyi üçün valideynlər rahatladılar, amma təəssüf ki, risk hələ də  davam edir.

Yay aylarında uşaqlarda tez-tez rast gəlinən və valideynləri ən çox qorxudan xəstəliklərdən biri də əl, ayaq və ağız xəstəlikləridir.  Koray Hacıoğlu 5 yaşa qədər uşaqlarda tez-tez rast gəlinən və damcı yolu ilə keçən xəstəliklə bağlı valideynlərə xəbərdarlıq edib.   

Necə yoluxur?

Virus ağız və boğaz sekresiyalarında, xəstəliyə yoluxmuş insanların nəcisində olur.  İnkubasiya müddəti 4 gündür və virus infeksiyadan sonra orta hesabla 2-4 həftə ərzində nəcislə xaric olunmağa davam edir.  Hovuz suyu, oyuncaqlar, dəsmallar və şezlonglar xəstəliyin yayılma yoludur. 

Xarici mühitə davamlı və çox yoluxucu bir virus olduğundan epidemiyanın qarşısını almaq üçün gigiyena qaydalarına diqqət yetirilməlidir. Xüsusilə yay aylarında uşaqlar qrup halında hovuza girdikdə infeksiya daha çox insana asanlıqla keçir. Xəstəlik ailə daxilində yaxın təmasda olan digər ailə üzvləri arasında sürətlə yayıla bilər.

Hansı fəsadlara səbəb olur?

Əl, ayaq və ağız xəstəlikləri bəzən heç bir simptom göstərmir və ya yüngül simptomlarla irəliləyə bilər.  Nadir olsa da, sağalmış xəstənin başqa virusa təkrar yoluxmasıyla yenidən xəstəliyə tutulması mümkündür.  Xəstəlik zəiflik, yüksək hərarət və limfa düyünlərində şişkinlik ilə başlayır.  

Daha sonra ağızda  yaralar əmələ gəlir ki, bu da tez ağrılı xoralara çevrilir.  Bu lezyonlar damaq, dil və diş ətləri istisna olmaqla, bütün ağıza yayıla bilər.  Suçiçəyinə bənzər səpgilər  bir çox yerlərdə, o cümlədən əllərin ovuclarında və ayaq altlarında əmələ gəlir.  Döküntü həm də omba və ayaqlara yayıla bilər.  Dəridə və ağızda olan yaralar çox ağrılıdır.

Qorunma yolları hansılardır?

 Əl, ayaq və ağız xəstəliyindən qorunma yolları:

  1.  Xüsusilə xəstə uşaqları 1 həftə hovuz, dəniz, uşaq bağçası, park kimi insanların sıx olduğu mühitlərdən uzaq tutun.
  2.  Dövri kimyəvi və fiziki təmizləmə proseslərinin diqqətdən kənarda qalmadığı hovuzlara üstünlük verin.  Hovuzların müvafiq xlor səviyyəsinə və filtrasiya sisteminə malik olduğundan əmin olun.
  3.  Hovuzda və dənizdə suyu udmamağa çalışın.  Suya tüpürməyin.  Uşağınızı da bunlara diqqət yetirməyə təşviq edin.
  4.  Parkda oynadıqdan sonra uşağınızın əllərini dezinfeksiya edin.  Evə gələndə duş alın.

Mənbə: Sözcü

Tərcümə etdi: Lalə Mənəfova



Paylaş
Şərh əlavə et