Bu gün:

Nasist ideologiyasında yəhudi düşmənçiliyi


Holokost nədir?

Holokost – İkinci Dünya Müharibəsi zamanı nasistlərin və onların müttəfiqlərinin Avropada yəhudiləri sistemli şəkildə qətlə yetirib, kütləvi şəkildə öldürməsidir.

Nasistlər 1933-cü ildə hakimiyyətə gəldikdən sonra yəhudiləri təcrid etmək üçün qanunlar qəbul edib, təbliğat aparıb, onlara qarşı nifrət mühiti yaradıblar. Bu yolla yəhudiləri ölkədən getməyə məcbur etmək istəyiblər, lakin miqrasiya çətin və baha başa gəlib.

1930-cu illərin sonlarında təqiblər şiddətlənib, 1941-ci ildə Sovet İttifaqına hücum zamanı kütləvi qırğınlar başlayıb. Einsatzgruppen adlı dəstələr bir milyondan çox yəhudini öldürüblər.

1942-ci ildən bu qırğınlar sistemli məhv planına çevrilib. Milyonlarla yəhudi gettolardan deportasiya olunaraq ölüm düşərgələrinə göndərilib, orada öldürülüblər. Minlərlə insan isə konsentrasiya düşərgələrində işlədilərək öldürülüb.

Nasistlər bu prosesi tək həyata keçirməyib, Avropada yüz minlərlə insan onlara yardım edib və ya susub.

Yəhudilərdən başqa siyasi opponentlər, romanlar, homoseksuallar, Yehova şahidləri, polyaklar və sovet əsirləri də düşərgələrdə öldürülüb, aclıq və xəstəlikdən həlak olublar.

Mənbə: İmperial War Museum 

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et