Bu gün:

Jorge Martin geri qayıdır


MotoGP-nin son çempionu Jorge Martin Çexiya Qran Prisində traslara geri dönəcək. İspaniyalı pilot 3 ay sonra ilk dəfə çıxdığı məşq yürüşünü uğurla tamamlayıb. Martin mövsümün ilk 3 yarışını buraxdıqdan sonra Katar Qran Prisində zədələnib.

 “Aprilia” pilotu Jorge Martin 88 günlük fasilədən sonra qatıldığı ilk məşq yürüşlərini uğurla başa vurub. İspaniyalı pilotun gələn həftə Çexiya Qran Prisi ilə yarışlara qayıdacağı bildirilib.

Jorge Martin test yürüşlərində zədələndiyi üçün mövsümün ilk 3 yarışını buraxıb. Apreldə “Katar Qran Prisi” ilə traslara dönən 27 yaşlı pilot ciddi qəza keçirib. Onun qabırğaları qırılıb ,ağciyərləri isə zədə alıb.


Mənbə: TRT Haber 

Tərcümə etdi:Nigar Həsənzadə

Paylaş
Şərh əlavə et