İtaliyanın “Bolonya” klubu Ciro İmmobile ilə müqavilə imzalandığını rəsmən açıqlayıb.

Beşiktaş ilə yollarını ayıran təcrübəli hücumçu, karyerasını yenidən A Seriyasında davam etdirəcək. O, İtaliya təmsilçisi ilə 1 illik müqaviləyə imza atıb.
Karyerası ərzində İmmobile “Yuventus”, “Siena”, “Grosseto”, “Peskara”, “Cenoa”, “Torino”, “Borussiya Dortmund”, “Sevilya”, “Latsio” və “Beşiktaş” klublarının formasını geyinib.
Beşiktaş-da keçirdiyi 1 mövsüm ərzində 35 yaşlı forvard 19 qol və 4 assistlə yadda qalıb. O, eyni zamanda komanda ilə birlikdə Türkiyə Superkubokunun qalibi olub.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
