Bu gün:

Fıstıq qocaldıqda zehni sağlamlığı qorumağa kömək edir



ABŞ-ın Corciya ştatında Peanut İnstitutu tərəfindən 55-75 yaş arası 6600-dən çox insanla araşdırma aparılıb .

Zehni geriləmə və koqnitiv disfunksiya olan və olmayanlar arasında 2 illik müşahidə tədqiqatı iştirakçıların hansı tezlikdə və nə qədər yer fıstığı və ya fıstıq yağı yediklərini qeyd edib.

1 porsiyanın 30 qram olaraq müəyyən  edildiyi sorğuda “həftədə 1 porsiyadan az”, “1-dən 3-ə qədər”, “3-dən 7-yə qədər” və “7 porsiyadan çox” daxil edilib.

Araşdırmanın sonunda həftədə 3 və ya daha çox porsiya fıstıq və ya fıstıq yağı istifadəsi nəticəsində geriləmə və idrak funksiyalarının itirilməsinin yavaşladığı, bu problemləri yaşamayan qrupda isə psixi sağlamlığın yaxşılaşdığı müşahidə edilmişdir. 

Tədqiqatçılar qeyd ediblər ki, fıstıq və ya fıstıq yağı, Alzheimer xəstəliyi ilə mübarizədə vacib olan E vitamini, resveratrol, niasin və p-kumar turşusu kimi qidalandırıcı birləşmələrdən ibarətdir. Həmçinin bütün bu vitamin və minerallar nevroloji faydalar təmin etməklə idrak qabiliyyətinin yavaşlamasına kömək edir.

Dərman funksiyasını yerinə yetirir

Tədqiqat Direktoru Dr. Samara Sterlinq bildirir: “Fıstıq və fıstıq yağı bədənimizə hər gün müntəzəm olaraq daxil olan qidalardır, buna görə də həqiqətən dərman kimi fəaliyyət göstərə bilər. Biz müəyyən etdik ki, müntəzəm olaraq az miqdarda fıstıq və ya fıstıq yağı yemək Alzheimer və demensiya ilə mübarizədə mühüm rol oynaya bilər”.

Fıstığın çox xüsusi bir qida olduğunu, kiçik bir hissəsinin belə təsir edə biləcəyini vurğulayan Sterling bildirir ki, “fıstıq çox enerjili bir qidadır. ABŞ-da və bütün dünyada aparılan araşdırmalar göstərib ki, fıstıqların müntəzəm yeyilməsi xəstəliklərin qarşısını alır, ömrü uzadır və orqanizmə müsbət təsir göstərir. 

Mənbə: Sözcü 

Tərcümə etdi: Lalə Mənəfova



Paylaş
Şərh əlavə et