Bu gün:

İPhone 17 satışa çıxarılmağa hazırlaşır


Apple sentyabr ayında yeni iPhone 17 seriyasını təqdim etməyə hazırlaşır. Bu il, xüsusilə, Pro və Pro Max modelləri arasında daha böyük fərqlərin olacağı gözlənilir. Daha güclü batareya, təkmilləşdirilmiş kamera sistemi və qiymət fərqləri iPhone 17-ni texnologiya həvəskarlarının maraq mərkəzinə çevirib. 

iPhone 17 nə vaxt satışa çıxacaq?

Apple ənənəvi təqdimat cədvəlinə sadiq qalmağa davam edir. İllərdir olduğu kimi, iPhone 17 seriyasının sentyabr ayında açıqlanacağı gözlənilir. Artıq yeni seriyanın həm dizayn, həm də spesifikasiyalarda müxtəlif yeniliklər təqdim edəcəyi barədə şayiələr yayılıb. İlkin sifarişlərin təqdimatdan qısa müddət sonra Türkiyədə başlanacağı bildirilir.


iPhone 17 Pro və Pro Max arasındakı fərqlər:

iPhone seriyalarında Pro və Pro Max modelləri arasında ekran və batareya fərqləri əvvəlki nəsillərdə də müşahidə olunub. Son sızmalara görə, iPhone 17 Pro Max modeli əvvəlki versiyadan təxminən 5% qalın olacaq. Bu artımın batareya tutumunu artırmaq məqsədi daşıdığı ehtimal edilir.


Weibo-da məşhur texnologiya sızdırıcısı Ice Universe-in paylaşdığı məlumata görə, iPhone 17 Pro Max modeli daha böyük – 5000 mAh tutumlu batareya ilə təchiz olunacaq. Bu, əvvəlki modelin 4676 mAh-lıq batareyası ilə müqayisədə əhəmiyyətli artım deməkdir. Yeni batareya daha uzun ekran müddəti və gün boyu fasiləsiz istifadə imkanı vəd edir.


iPhone 17 kamera xüsusiyyətləri necə olacaq?

Keçmişdə Apple bəzi kamera yeniliklərini ilk dəfə Pro Max modellərində təqdim edib. Lakin bu il belə bir dəyişikliyin olacağı ehtimalı azdır. Sızmalara görə, həm iPhone 17 Pro, həm də Pro Max oxşar kamera xüsusiyyətlərinə malik olacaq.


Yeni iPhone 17 seriyasının ön tərəfində 24 meqapiksellik təkmilləşdirilmiş selfi kamerası, arxa tərəfində isə üçlü 48 meqapiksellik kamera sistemi yer alacaq. Fokus uzunluqları və əlavə funksiyalarla bağlı hələlik ətraflı məlumat verilməsə də, Apple-ın proqram yeniləmələri ilə gecə rejimi və portret çəkilişlərinin daha da təkmilləşdirilməsi gözlənilir.


Dinamik ada kiçiləcəkmi?

"Dynamic Island" dizaynının bu il daha da kiçildiləcəyi gözlənilsə də, son məlumatlara görə bu yenilik gələn ilə qədər təxirə salınıb. Lakin iPhone 17 seriyasında bəzi kiçik dizayn dəyişikliklərinin ola biləcəyi bildirilir.


iPhone 17-nin gözlənilən üstünlükləri


Daha böyük batareya: iPhone 17 Pro Max modelinin təxminən 5000 mAh batareyası ilə əvvəlki nəsillərlə müqayisədə daha uzun batareya ömrü təqdim edəcəyi gözlənilir.


Təkmilləşdirilmiş kamera: Təkmilləşdirilmiş “24 MP”lik ön kamera və 48 MP-lik üçlü arxa kamera birləşməsi daha kəskin və yüksək keyfiyyətli şəkillər təqdim edəcək.


Dinamik ada dizaynı: Böyük dəyişiklik olmasa da, kiçik təkmilləşdirmələr ekran təcrübəsini daha kompakt hala gətirə bilər.


Daha güclü prosessor: Apple hər yeni nəsildə A seriyalı çiplərini təkmilləşdirir. iPhone 17 seriyasında performans artımı qaçılmazdır.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et