Bu gün:

Ölümdən dönən insanlar unutduqlarını xatırlaya bilərmi?


ABŞ tədqiqatçıları daha bir  maraqlı araşdırma ediblər. Araşdırmaya əsasən ölümdən qayıdan insanların xatirələri anında aydınlaşır və unutduqları anları xatırlayırlar.  

"Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunan son araşdırmanın bir hissəsi olaraq tədqiqatçılar həyat dəstəyindən ayırdıqdan  sonra infarkt keçirən dörd koma xəstəsindən ikisinin beyin fəaliyyətinin  artdığını təsbit ediblər.

Bu dönəmdə ürəyi müəyyən müddət dayanan və həyata qayıdan insanların beyin fəaliyyətlərinin araşdırılması nəticəsində demensiya xəstələri kimi bəzi insanların zehninin birdən aydınlaşdığı və unudulmuş xatirələrini qısa müddətə xatırladığını müəyyən edilmişdir. 

2017-2020-ci illər arasında ABŞ və İngiltərədə CPR sonrası həyata qayıdan 500-dən çox xəstənin müşahidə edildiyi  araşdırmada fərdlərin beyin fəaliyyətlərində artım müşahidə edilib.

Tədqiqatçı bildirib,-"Öldüyünüz zaman beyniniz oksigen və qida maddələrindən məhrum olur, ona görə də fəaliyyətini dayandırır". 

Tədqiqat qrupundan biri olan Jimo Borjigin bu xəstələrin beynində ayıqlıq, diqqət və xatırlama ilə əlaqəli qamma dalğalarında artım müşahidə edib.

Borjigin qamma dalğalarının artmasının və ölümdən əvvəlki insanların xatirələrinin aydınlığının oksigen səviyyəsinin azalması səbəbindən beynin tarazlığı bərpa etməyə çalışması nəticəsində yarandığını qeyd edib.

Mənbə: Haberglobal

Tərcümə etdi: Lalə Mənəfova


Paylaş
Şərh əlavə et