Bu gün:

Alimlər smartfonların yaddaş və beyinə təsirlərini müzakirə edirlər


Texnologiyanın inkişafı ilə smartfonların sürətlə yayılması elm aləmində yeni müzakirələrə səbəb olub. Tədqiqatçılar smartfondan istifadənin yaddaşa mənfi təsir etdiyini və Alzheimer və demans kimi problemlərin çox erkən yaşlarda müşahidə oluna biləcəyini iddia edirlər.

Smartfonlar həyatımıza daxil olandan bəri çox şey asanlaşdı. Bilmədiyimiz ünvanı tapmaq, alış-veriş etmək, kiminləsə ünsiyyət qurmaq...

Əvvəllər xəritələrə baxıb qohumlarımızın nömrələrini əzbərlədiyimiz halda, indi smartfonlarımız sayəsində beynimizdən yaddaş kartı kimi istifadə etməyi dayandırmışıq. Cibimizdəki böyük anbarlar yaddaşlarımızda yer açdı.

Bununla belə, elm adamları hər şeyin tam doğru olmadığını deyir və yaddaş problemlərinin smartfonlar səbəbindən artdığını qeyd edirlər. Neyroloqların rəyləri ilə hazırlanan məqalədə Guardian-ın diqqət çəkən iddiaları smartfonlara baxışınızı tamamilə dəyişə bilər.

Smartfonlar yaddaşımızı əvəz edə bilərmi?

Bəs yaddaşımızın bir hissəsini xarici cihaza köçürsək nə baş verir? Smartfonlar nəhayət yaddaşlarımızın işini dəyişəcəkmi?

Neyroloqlar bu məsələdə fikir ayrılığına malikdirlər: Bəziləri smartfonların rahatlığına və insanlara qənaət etdiyi vaxta diqqət çəksələr də, digərləri əslində yaddaşa və beynə mənfi təsir etdiyini iddia edirlər.

Vaxtınıza qənaət

Sussex Universitetinin Psixologiya Məktəbinin koqnitiv nevrologiya professoru Chris Bird ağıllı cihazların gündəlik həyata gətirdiyi rahatlığı qeyd edir.

“Biz kənar cihazlara qeydlər yazmaq kimi şeylər yüklədik. Düşüncə proseslərimizi və ya yaddaş proseslərimizi gücləndirmək üçün xarici cihazlardan istifadə etməkdə heç bir problemim yoxdur. Misal üçün; Maşını harada saxladığımı bilmək üçün şəkil çəkirəm. Beynimiz çox spesifik, birdəfəlik şeyləri xatırlamaq üçün təkamül etməyib. Bizdə cihazlar olmamışdan əvvəl siz avtomobilinizin harada olduğunu xatırlamağa daha çox vaxt sərf edirsiniz”.

Monrealdakı McGill Universitetində yaddaş və unutmanın neyrobiologiyasını araşdıran professor Oliver Hardt daha ehtiyatlı və şübhəlidir:

“Yaddaşınızdan istifadəni dayandırdığınız zaman vəziyyət daha da pisləşəcək ki, bu da sizin cihazlarınızdan daha çox istifadə etməyinizə səbəb olacaq. Onları hər şey üçün istifadə edirik. Bir resept üçün vebsayta daxil olsanız, bir düyməni basırsınız və o, inqrediyent siyahısını smartfonunuza göndərir. Bu, çox rahatdır, lakin rahatlıq da bir qiymətə gəlir. Beyninizdə bəzi şeylər etsəniz daha yaxşı olar”.

Depressiya və Demensiyaya səbəb ola bilər

Hardt smartfonlardakı GPS sisteminin beyindəki maddəyə necə təsir etdiyini izah edir:
“Biz güman edə bilərik ki, GPS-dən uzun müddətli istifadə hipokampusda boz maddə sıxlığını azaldacaq. Beyin bölgəsində boz maddə sıxlığının azalması özü ilə depressiya və digər psixopatologiya riskinin artması, həmçinin demansın müəyyən formaları kimi müxtəlif simptomları da gətirir.

GPS əsaslı naviqasiya sistemləri ilə mürəkkəb coğrafi xəritə yaratmağa ehtiyac yoxdur. Bunun əvəzinə sizə sadəcə "Növbəti işıqda sola dönün" kimi əmrlər verilir. Coğrafi xəritələr haqqında bilik tələb edən məkan strategiyalarından fərqli olaraq, bu, hipokampusu çox tutmur. Çox uzun müddət GPS istifadə edən insanların fəza tutumlarını araşdırarkən, hipokampus tələb edən məkan yaddaş imkanlarının zəiflədiyi görünür. Xəritələri oxumaq çətindir və buna görə də biz cihazların bunu etməsini istəyirik. Ancaq çətin şeylər sizin üçün yaxşıdır, çünki onlar idrak proseslərini cəlb edirlər.

Hardtın hələ dəqiq məlumatı olmasa da, bunun demensiyanın qeyri-adi artımına səbəb ola biləcəyinə inanır. Hardta görə; Koqnitiv çeviklik kimi mürəkkəb şeylərə cavabdeh olan sistemlərdən nə qədər az istifadə edilərsə, demans inkişaf etdirmə ehtimalı bir o qədər yüksəkdir.

Vaxta qənaət edirik amma bunu qiymətləndirmirik

Texnoloq Linda Stoun qeyd edir ki, insanlar smartfonların rahatlığını qiymətləndirmir: “Ünvan kitabçam diqqətimi yayındırmır. Ancaq gəlin özümüzə qarşı realist olaq: Neçəmiz bank proqramımızın bizə verdiyi vaxtdan şeir yazmaq üçün istifadə edirik? İnstaqramda passiv cəfəngiyyatlar qəbul edirik”.

10.000-dən çox amerikalı uşağın yetkinlik yaşına çatmasını izləyən davam edən ABCD araşdırmasına görə, smartfon istifadəsi beyni də dəyişə bilər.

Uşaqlara mənfi təsir

Sosial media tədqiqatçısı Larry Rosen, 10 yaşlı uşaqları həm kağız, həm də qələm ölçmələri və MRT ilə müayinə etməklə başladı və onun ən maraqlı ilk nəticələrindən biri texnologiyadan istifadə ilə kortikal incəlmə arasında əlaqənin olması idi: “Gənc uşaqlar daha çox texnologiyadan istifadə edənlərin korteksləri daha incə idi və bu daha yaşlı bir yaşda olmalı idi. "Qortikal incəlmə böyümənin və qocalmanın normal bir hissəsidir və miqren və Parkinson və Alzheimer kimi xəstəliklərlə əlaqəli ola bilər."

Mənbə: Sözcü

Tərcümə Etdi: Fərahim Rzazadə

Paylaş
Şərh əlavə et