Bu gün:

"Beşiktaş" hazırlıq oyununa çıxır


"Beşiktaş" mövsümün ilk yoxlama oyununda sabah Avstriya təmsilçisi St. Pölten ilə qarşılaşacaq.

Yeni mövsüm hazırlıqlarının ikinci mərhələsini Avstriyanın "Wiener Neustadt" şəhərində yerləşən "Bad Erlach" qəsəbəsində davam etdirən "siyah-ağlılar" ilk yoxlama matçını Avstriya 2-ci Liqa komandalarından olan "St. Pölten" ilə keçirəcək. Yeni transferlər Tammy Abraham və David Jurasek baş məşqçi Ole Gunnar Solskjaerin forma verməsi halında "siyah-ağlı" formanı ilk dəfə geyinəcəklər.

"Sankt Pölten" şəhərindəki "NV Arena"da keçiriləcək qarşılaşma Türkiyə saatı ilə (TSİ) 20:00-da başlayacaq və HT Spor kanalında canlı yayımlanacaq.


Mənbə: TRT Haber 

Tərcümə etdi: Nigar Həsənzadə

Paylaş
Şərh əlavə et