Avstriyada mövsüm hazırlıqlarının ikinci mərhələsini davam etdirən "Beşiktaş"da yeni transfer Tammy Abraham komandası ilə ilk məşqinə çıxıb.

"SV Bad Erlach" klubuna məxsus bazada keçirilən günün ilk məşqinə "siyah-ağlı" futbolçular isinmə hərəkətləri ilə başladılar.
Pas məşqi ilə davam edən hazırlığın mətbuata qapalı hissəsində taktiki çalışmalara fokuslanıldığı bildirilib.
"Roma"dan transfer edilən və dünən axşam saatlarında düşərgəyə qatılan Abraham "Beşiktaş" forması ilə ilk dəfə məşqə çıxıb.
Məşqi "Beşiktaş" İdarə Heyətinin üzvü Aykut Torunoğulları da meydan kənarından izləyib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Nigar Həsənzadə
