Meta WhatsApp Business istifadəçiləri üçün bir sıra mühüm yeniliklər elan edib. Mayamidə keçirilən Conversations konfransında təqdim olunan bu yeniliklər bizneslərin müştərilərlə qarşılıqlı əlaqəsini gücləndirməyə və marketinq kampaniyalarını daha səmərəli idarə etməyə imkan verib. Yeni funksiyalarla WhatsApp artıq bizneslər üçün sadəcə ünsiyyət vasitəsi olmaqdan çıxıb, tam hüquqlu müştəri idarəetmə platformasına çevrilib.

WhatsApp biznes üçün marketinq prosesi sadələşdirilib
Meta yeni reklam menecerini istifadəyə verib ki, bizneslər WhatsApp, Facebook və “Instagram”da kampaniyaları vahid panel üzərindən idarə edə bilsinlər. Beləliklə, eyni kreativlər, büdcə alətləri və kampaniya şablonları istifadə edilə bilib. İndi:
Eyni panel üzərindən reklamlar idarə olunub,
Hədəfləmə söhbət, xəbər lenti və status yeniləmələri üzərindən mümkün olub,
Brendlər çox platformalı kampaniyaları daha sürətli işə salıb və performansı birgə analiz edə biliblər.
WhatsApp Business Abunəçi Siyahısı və Süni İntellektlə Optimizasiya
Yeni sistem müəssisələrə müştəri siyahılarını birbaşa “WhatsApp”-a yükləməyə imkan verib. Bununla da mesaj əsasında hədəflənmiş reklamlar göndərmək mümkün olub. Eyni zamanda, “Meta”-nın Advantage+ süni intellekt texnologiyası sayəsində platformalararası reklam optimizasiyası təklif olunub və dönüşüm faizləri artırılıb.
Yaxın günlərdə “WhatsApp Status” bölməsində də reklam yerləşdirmək mümkün olacaq.
WhatsApp business üçün süni intellekt köməkçisi aktivləşdirilib
Meta “Biznes Süni İntellekt” köməkçisinin pilot versiyasını istifadəyə verib. Bu funksiya bizneslərə WhatsApp üzərindən apardıqları sıx yazışmaları daha səmərəli idarə etməyə imkan verib. Bu AI köməkçisi:
Fərdi məhsul tövsiyələri təqdim edib,
Sifarişin vəziyyətini izləyib,
Sifariş təsdiqləri və çatdırılma barədə məlumatları təqdim edib,
Tez-tez verilən suallara avtomatik cavab verib.
WhatsApp “Business”ə səsli və video zənglər gətirilib
Meta WhatsApp Biznes Platformasına səsli və video zəng dəstəyi əlavə edib. Artıq:
Bizneslər WhatsApp üzərindən gələn zənglərə cavab verə bilib,
Canlı video zəng vasitəsilə dəstək xidməti göstərilib,
Tele-sağlamlıq və məhsul reklamı kimi xidmətlər də bu funksiyalar vasitəsilə təmin olunub. Meta qeyd edib ki, bu inteqrasiya üçün bir sıra iş ortaqları ilə əməkdaşlıq qurulub və bu xüsusiyyətlərin tətbiq dairəsi daha da genişləndiriləcək.
WhatsApp artıq tam hüquqlu biznes platformasıdır
“Meta”-nın təqdim etdiyi bu yeniliklər nəticəsində WhatsApp Business sadəcə mesajlaşma tətbiqi olmaqdan çıxıb və
süni intellektə əsaslanan müştəri dəstəyi, reklam idarəetməsi, birbaşa satış dəstəyi funksiyaları ilə gücləndirilib.
Meta bu funksiyalar vasitəsilə müəssisələrin müştəri əlaqələrini daha effektiv idarə etməsinə və əməliyyat proseslərini rəqəmsallaşdırmasına imkan yaradıb.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
