Bu gün:

"Fenerbahçe" tarixində ilk kolumbiyalı: Jhon Duran


"Fenerbahçe"nin 2025–2026 mövsümünə dair heyət planlaması çərçivəsində transferini açıqladığı Jhon Duran "sarı-lacivərtlilər"in tarixindəki ilk kolumbiyalı futbolçu olub.

Baş məşqçi Jose Mourinho rəhbərliyində geridə qalan mövsümdə gözləntiləri qarşılamayan "sarı-lacivərtlilər" yeni mövsüm öncəsi bir çox tanınan futbolçunu transfer siyahısına daxil edib. Güclü heyətlə yeni mövsümə başlamaq istəyən "sarı-lacivərt" rəhbərlik ilk seçim kimi kolumbiyalı ulduzu heyətə qatıb.

Bu mövsümdəki ilk transferini həyata keçirən "Fenerbahçe" eyni zamanda heyətinə ilk dəfə bir kolumbiyalı futbolçu əlavə etmiş olub.

Duran eyni zamanda "sarı-lacivərtli" klub tarixindəki 198-ci transfer olaraq qeydə alınıb.

"Fenerbahçe" Jhon Duran transferi ilə klub prezidenti Ali Koç rəhbərliyindəki 106-cı transferini reallaşdırıb.

Ötən mövsüm Aofyan Amrabatı heyətinə qataraq transfer sayını 100-ə çatdıran Ali Koç daha sonra ardıcıl olaraq Filip Kostic, Diego Carlos, Anderson Talisca və "Milan Skriniarla da müqavilə imzalayıb.


Mənbə: TRT Haber 

Tərcümə etdi: Nigar Həsənzadə

Paylaş
Şərh əlavə et