Bu gün:

Metadan yeni layihə təqdim olunub


Meta “Project Omni” adlı layihə ilə istifadəçilərin tənhalığını azaltmaq və süni intellektlə daha səmimi əlaqələr yaratmağı hədəfləyir. 

"Project Omni" nədir? Meta-nın yeni chatbotları nə vəd edib?

Meta-nın hazırladığı "Project Omni" adi köməkçilərdən fərqli olaraq, istifadəçini tanıyıb söhbətə özü başlayan və empatiya qura bilən chatbotlar təqdim edir.


O, istifadəçini tanıyır: "Project Omni" əvvəlki söhbət qeydlərini təhlil edərək istifadəçinin maraqlarını və danışıq tərzini öyrənib. Bu yolla daha fərdiləşdirilmiş söhbətlərə başlaya bilir.


Özbaşına söhbət yeniliyi: İstifadəçinin heç bir əmr verməsinə ehtiyac olmadan chatbot maraqlı mövzu ilə əlaqə saxlayıb.


Bu, heç bir narahatlıq yaratmır: Sistem ən azı 14 gün danışılmayan keçmiş söhbətlərə əsaslanaraq əlaqə saxlamayıb. Beləliklə, arzuolunmaz narahatlıqların qarşısı alınıb.


Bu layihədə Meta təkcə süni intellektə deyil, həm də psixoloji ehtiyaclara diqqət yetirərək insanların rəqəmsal mühitlərdə özlərini daha az tənha hiss etmələrini hədəfə alıb.


Meta Alignerr ilə əməkdaşlıq edir

“Project Omni” Meta Sİ Studio platformasında hazırlanıb və Alignerr şirkətinin texniki dəstəyi ilə həyata keçirilib. Alignerr istifadəçi məlumatlarını analiz edərək chatbotların daha şəxsi və səmimi cavablar verməsinə kömək edib.


Layihə nə vaxt istifadəyə veriləcək?

"Project Omni” hələ ilkin mərhələdədir və Meta onun hansı platformalarda istifadəyə veriləcəyini və nə vaxt təqdim olunacağını açıqlamayıb. Lakin Mark Zukerberq bildirib ki, bu layihə insanların tənhalığını azaltmaq məqsədilə süni intellektə yatırılan sərmayənin bir hissəsidir.


Bu layihə, 2013-cü ildəki məşhur “Her” filmində təsvir olunan insan-Sİ münasibətlərinin gerçəkliyə çevrilməyə başladığını göstərən mühüm bir addım kimi dəyərləndirilir. Meta-nın chatbotları gələcəkdə insanla texnologiya arasındakı sərhədləri daha da zəiflədə bilər. 


Tənhalıqla mübarizədə texnologiyanın yeni rolu

"Project Omni" ilə Meta təkcə rəqəmsal söhbət təcrübəsi təklif etməyib, həmçinin insanların daha az tənha hiss etdikləri, başa düşüldükləri və dəyərli olduqları rəqəmsal bir dünya yaratmağa çalışıb. Bu, texnologiya və insan psixologiyasının daha çox iç-içə keçdiyi yeni bir dövrün qapılarını açıb.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et