Afrobeats musiqisi dünyanı tsunami kimi bürüyüb, bu janr musiqi siyahılarına rəhbərlik edir və pərəstişkarlar Nigeriyalı ulduzlar Wizkid, Davido və Burna Boy kimi sənətçiləri dinləmək üçün nəhəng stadionlara axışırlar.
2017-ci ildən bəri Nigeriya əsilli bu Nyu-Yorklu janrın ən böyük ulduzlarının səhnə arxasında eksklüziv çıxışlarına çıxış imkanı əldə edib. Həm səhnədəki enerjili anları, həm də səssiz düşüncə anlarını çəkib. “Wizkid-lə ilk layihəmi dünənki kimi xatırlayıram, 2017-ci ildə Vaşinqtonda Echostage tədbirində” – Drummer deyib, - Həyəcanverici bir hiss idi. Mənim işim baş verənləri vizual hekayə kimi izah etmək idi”.
Wizkid 2022-ci ilin noyabrında Amsterdamdakı Ziggo Dome-da şou öncəsi göy rəngli qalın gödəkçədə, ağ şalvarda və ağ ayaqqabıda tamaşaçı baryerinə söykənən halda görünür.
Drummer o vaxtdan bəri fotoaparatını əlindən salmayıb və indi "Eagle Eye" adlı bir foto kitab nəşr edib. Bu kitab Afrobeats-in təvazökar başlanğıcından Afrikanın ən böyük mədəni ixracatlarından birinə çevrilməsini əks etdirir. Afrobeats müxtəlif Qərbi Afrika musiqi janrlarından qaynaqlanır. Bu janrlar xüsusilə müstəqillikdən sonra Afrikada populyarlaşıb, qitə müstəmləkəçilikdən azadlığını qeyd etməyə başlayanda. Highlife janrı XIX əsrin sonlarından sahilyanı bölgələrdə inkişaf edib və 1957-ci ildə Qananın müstəqillik qazanmasından sonra ölkənin milli kimliyi ilə sinonim olub. Bu janr Nigeriyalı musiqiçi Fela Kutiyə güclü təsir göstərib. Onun Afrobeat (s hərfi olmadan) adlanan hərəkatı ənənəvi ritmləri funk və cazla birləşdirərək, 1970–80-ci illərin Qərbi Afrikasında səslənən musiqi olub. 2000-ci illərin əvvəllərində bu zəngin mədəni miras Qərb pop, rep və dansxall janrları ilə qarışaraq Afrobeatsi formalaşdırıb. Wizkid kiçik səhnədə çıxış edərkən, dairəvi gün eynəyində, qəhvəyi papaqda, krem rəngli köynəkdə və qəhvəyi jiletində mikrofon tutur. Ətrafda azsaylı qadın pərəstişkarları telefonla şəkil çəkir.
Afrobeats UK və Şimali Amerikada da geniş populyarlıq qazanıb, xüsusilə, Nigeriyadan olan böyük diasporların yaşadığı yerlərdə. Afrobeats sənətçiləri 2010-cu illərin əvvəllərində bu icmalara kiçik yerlərdə çıxış etməyə başlayıblar. Sonra isə hər şey partlayıb, 2017 ilə 2022-ci illər arasında Afrobeats musiqisinin Spotify-da dinlənməsi 550% artıb, bu isə dünyanın ən populyar axın platformasının məlumatları ilə sübut olunur. Davido 2023-cü il, 1 iyulda Vaşinqtondakı Capital One Arenada çıxış edir. Mikrofon tutaraq əlini havaya qaldırıb, arxası böyük tamaşaçı kütləsinə dönüb.
Bu artım nəticəsində bir çox Afrobeats sənətçisi dünya miqyasında tanınan adlara çevrilib və musiqi sənayesi bu janra ciddi diqqət yetirməyə başlayıb. Artıq Afrobeats musiqisi Grammy kimi beynəlxalq mükafat mərasimlərinə daxil edilir. Bu gün bu sənətçilər Nyu-Yorkdakı Madison Square Garden kimi stadionları rahatlıqla doldura bilirlər.
Madison Square Garden stadionunun gecə görüntüsü. Stadionun üzərində “Wizkid, Montefiore Konsert Seriyası, Madison Square Garden, New York City, Tonight Sold Out” yazılan böyük bir ekran var. Stadion qarşısında insanlar, maşınlar və bir sarı taksi görünür.
Nigeriya bayrağının yaşıl və ağ rəngləri ilə işıqlandırılan Madison Square Garden-da Wizkid-in 2022-ci il konserti satılıb. Drummer musiqiçilərin qlobal karyeralarına başlama anlarını fotoaparatla sənədləşdirmək imkanı əldə edib. Tədricən tamaşaçı auditoriyası böyüb və daha beynəlxalq olub – Çin, Almaniya və Braziliya kimi ölkələrdə də fanatları meydana çıxıb.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
