Bu gün:

İsrail Qəzza danışıqlarına heyət göndərir


İsrail Qətərdə HƏMAS-la yaxınlaşdırılmış danışıqlar (proximity talks) aparmaq üçün bazar günü nümayəndə heyəti göndərmək qərarına gəlib. Bu danışıqlar Qəzza atəşkəsi və girovların azad olunması ilə bağlı son təklif ətrafında aparılacaq.

İsrailin Baş naziri Benyamin Netanyahu-nun ofisi bildirib ki, o, Qətər, ABŞ və Misir vasitəçiləri tərəfindən təqdim olunan plana HƏMAS-ın etmək istədiyi “qəbuledilməz” dəyişikliklərə baxmayaraq, dəvəti qəbul edib.

Cümə gecəsi HƏMAS bildirib ki, 60 günlük atəşkəs təklifi ilə bağlı “müsbət cavab” verib və danışıqlara hazırdır.

Bununla belə, bir fələstinli rəsmisinin sözlərinə görə, HƏMAS bəzi dəyişikliklər təklif edib. O cümlədən, daimi sülh razılaşması üzrə danışıqlar uğursuz olsa belə, hərbi əməliyyatların yenidən başlamayacağına dair təminat tələb edib.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et