Bu gün:

Guru Duttin həyatı


Hindistanın ikonik rejissoru və aktyoru Guru Dutt 1964-cü ildə cəmi 39 yaşında dünyasını dəyişib, lakin onun kino irsi onilliklər sonra belə rezonans doğurmağa davam edir.

1925-ci il 9 iyulda Hindistanın cənubundakı Karnataka ştatında doğulan Dutt-un bu il 100 illik yubileyi qeyd olunur. Lakin kamera arxasında gizlənən insan onun emosional çətinlikləri və psixi sağlamlıq problemləri hələ də yetərincə araşdırılmayıb. Pyaasa və Kaagaz Ke Phool kimi klassik hindi filmlərinin müəllifi olan Dutt Hindistanın müstəqillikdən sonrakı dövründə fərdi və introspektiv rejissorluq tərzi ilə yeni bir üslub yaradıb. Onun mürəkkəb qəhrəmanları çox vaxt şəxsi mübarizələrinin əksini daşıyıb, süjetlərində isə ümumbəşəri mövzular önə çıxıb və tamaşaçını narahat, lakin poetik reallıqlarla üzləşdirib.

Dutt-un uşaqlığı yoxsulluq və çətin ailə həyatı ilə keçib. Ailəsi iş üçün şərqdə yerləşən Benqaliyə köçəndə, o, bu bölgənin zəngin mədəniyyətindən təsirlənərək gələcək bədii baxışlarını formalaşdırıb. Bombey film sənayesinə daxil olduqdan sonra soyadından Padukone imtina edib. Karyerasına rejissor kimi yox, xoreoqraf kimi başlayıb və dolanmaq üçün telefon operatoru işləyib. O illər Hindistanın müstəqillik hərəkatının zirvə dövrü onun gələcək imkanlarına təsir edib. Elə bu dövrdə o, sənətkarın ümidsizliyi və sosial məyusluğu üzərində qurulan Kashmakash adlı bir hekayə yazıb. Bu mövzular sonradan onun şah əsəri sayılan Pyaasa-da öz əksini tapıb. Dutt-un aktyor Dev Anand ilə olan dostluğu ona 1951-ci ildə ilk dəfə rejissor kimi özünü sınamaq imkanı verib. Baazi adlı noir triller janrında film onu diqqət mərkəzinə çıxarıb. Bu dövrdə o, məşhur müğənni Geeta Roy ilə tanış olub və deyildiyinə görə, həyatının ən xoşbəxt illəri məhz bu illər olub. Öz film şirkətini qurduqdan sonra o, Aar-Paar və Mr & Mrs 55 kimi ardıcıl romantik komediya uğurları qazanıb. Amma daha dərin bədii ifadə arzusu onu Pyaasanı yaratmağa yönəldib. Bu film sənətkarın maddi dünyadakı mübarizəsini təsvir edir və sonralar Time jurnalının 20-ci əsrin ən yaxşı 100 filmi siyahısına düşən yeganə hind filmi olub. Bacısı Lalitha Lajmi deyib ki, bu film qardaşının “xəyal layihəsi” olub və “onu mükəmməl etmək istəyib”. Dutt film çəkilişlərini setdə yaşadıqca “yatıb”, ssenari və dialoqları dəyişib, kamera texnikalarında təcrübələr edib. Pyaasa zamanı o, bu işə o qədər çox fikir verib ki, bəzən eyni səhnəni 104 dəfə çəkib.

1956-cı ildə, Pyaasanın çəkilişləri bitmək üzrə olarkən, Dutt intihara cəhd edib. Lakin xəstəxanadan çıxdıqdan sonra heç bir psixoloji yardım alınmayıb . O dövrdə psixi sağlamlıq “tabu” sayılıb və Pyaasaya yatırılan böyük pullar səbəbindən ailə bu vəziyyətlə üzləşmək əvəzinə yoluna davam edib. 1957-ci ildə film nəinki bədii, həm də ticari uğur qazanıb. Amma Dutt çox vaxt uğuruna baxmayaraq içində bir boşluq hiss edib. Onun filmlərində qadınlar güclü və müstəqil olub, amma real həyatda həyat yoldaşının daha ənənəvi rolda olmasını istəyib və yalnız öz şirkətində oxumasını tələb edib. O, film şirkətini yaşatmaq üçün sadə qaydaya əməl edib: hər bədii riskdən sonra ticari uğur gətirəcək film çəkmək lazımdır. Lakin Pyaasanın uğurundan sonra bu qaydanı pozub və ən şəxsi, bahalı və yarı-avtobioqrafik filmi olan Kaagaz Ke Phool-u çəkməyə başlayıb. Film uğursuz evliliyini və ilham pərisi ilə dolaşıq münasibətləri yaşayan rejissoru təsvir edir və rejissorun tənhalıq və ümidsizlik içində ölümünü göstərərək bitir. Bu film sonralar klassik sayılsa da, o zaman uğursuz oldu və Dutt bu zərbəni heç vaxt unutmayıb.

Ardınca o, ssenaristi Abrar Alvi-nin rejissorluğu ilə Sahib Bibi Aur Ghulamı çəkib. O zamanlar Dutt-un şəxsi həyatı emosional fırtınalarla dolu idi. Film zalım bir ər ilə soyuq evlilikdə boğulan bir qadının tənhalığını təsvir edib. Yazıçı Bimal Mitra deyib ki, Dutt ona yuxusuzluq və yuxu dərmanlarından asılılıq barədə danışıb. Artıq evliliyi dağılıb və psixi sağlamlığı daha da pisləşib. Mitra onun bu sözlərindən pisləşib: “Düşünürəm ki, dəli olacağam”. Bir gecə o yenidən intihara cəhd edib və 3 gün huşsuz vəziyyətdə qalıb. Bundan sonra ailə həkim məsləhəti ilə psixiatra müraciət etsə də, sonradan bu prosesi davam etdirməyi bilər. Uzun illər boyu o düşünürdü ki, qardaşı səssiz şəkildə kömək istəyib. Elə bir qaranlıqda boğulub ki, heç kim onun ağrısını görə bilməyib , hətta özü belə.

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova


Paylaş
Şərh əlavə et