Mövsümün üçüncü "Grand Slam" turniri olan "Wimbledon"da qadınların tək kateqoriyasında rusiyalı raket Mirra Andreeva dördüncü mərhələyə yüksəlib.

İngiltərənin paytaxtı Londonda keçirilən turnirin 6-cı günü səhər sessiyasında baş tutan oyunlarla davam edib.
Qadınların tək kateqoriyasında 7 nömrəli seribaşı olan 18 yaşlı Andreeva dünya reytinqində 55-ci yerdə olan ABŞ-lı Hailey Baptisteyi 6-1 və 6-3 hesablı setlərlə 2-0 məğlub edərək növbəti mərhələyə yüksəlib.
Qadınların tək kateqoriyasındakı digər oyunlarda isə rusiyalı raket Liudmila Samsonova və ispaniyalı tennisçi Jessica Bouzas Maneiro rəqiblərini məğlub edərək növbəti mərhələyə keçiblər.
Mənbə: TRT Haber
Tərcümə etdi: Nigar Həsənzadə
