Ukrayna bildirib ki, Moskva bombalama kampaniyasını gücləndirib və Ukraynanı yüzlərlə pilotsuz uçan aparatla hədəf alıb.
Şənbə günü Ukrayna qüvvələri Rusiyanın Voronej vilayətindəki Borisoqlebsk aviabazasına zərbələr endirdiyini iddia edib.
Ukrayna Hərbi Baş Qərargahının məlumatına görə, Rusiyanın hücumu əsasən Xmelnitski vilayətinin Starokostiantyniv şəhərinə yönəlib. Bu hücumlar üç ildən çox davam edən müharibədə danışıqlara ümidləri zəiflədən vəziyyət yaradır.
Mənbə: BBC
Tərcümə etdi: Asiman Vəliyeva
