Yunanıstan, Türkiyə ilə Liviya arasında imzalanmış dəniz səlahiyyətləri razılaşmasının Liviyanın şərqindəki Nümayəndələr Palatası tərəfindən təsdiqlənə biləcəyi ehtimalı üzündən diplomatik gərginlik yaradıb.
Xarici işlər naziri Yorqo Yerapetritis bu təsdiqin qarşısını almaq və karbohidrogen axtarışları ilə bağlı narahatlıqları yumşaltmaq üçün Liviyaya səfər edir. Səfərdə o, əvvəlcə Benqazidə Nümayəndələr Palatası və general Xəlifə Haftarla görüşəcək, sonra isə Tripoliyə keçərək Milli Razılıq Hökumətinin rəsmiləri ilə danışıqlar aparacaq.
Yerapetritis-in iki əsas məqsədi var: Yunanıstanın Krit adasının cənubundakı karbohidrogen fəaliyyətlərinə qarşı reaksiyaları idarə etmək və 15 il əvvəl dayandırılan Yunanıstan–Liviya dəniz sərhədləri danışıqlarını yenidən başlatmaq.
2019-cu ildə Türkiyə–Tripoli razılaşmasını rədd edən Haftar rəhbərliyinin indi bu sənədi təsdiqləmək istəməsi Afinanın mövqeyini zəiflədə bilər və bölgədə diplomatik gərginliyi artırır.
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
