Süni intellekt və robot texnologiyaları həyatımızın hər sahəsinə sürətlə daxil olur. Yaponiyadakı “Henn na Hotel” insan resepsiyonistlərinin yerini insanabənzər robotlarla dəyişərək bu dəyişiklikdə öncülük edib.
Bu gün maşınlar istehsalatdan tutmuş restoran sahəsinə qədər bir çox sahədə insanların yerini tutur.
Son nümunələrdən biri də Yaponiyadakı bir otelin resepsiyonistlərinin danışan robotlarla əvəz olunmasıdır. Argentinadan olan bir turist bu vəziyyəti görəndə böyük təəccüb yaşayıb.
Robot “Xoş istirahətlər arzulayırıq”, - deyə qonağa nəzakətlə müraciət edir.
Söhbət Tokioda yerləşən “Henn na Hotel” otellər şəbəkəsindən gedir. Yapon dilində “Henn na” sözü “qəribə” mənasını verir. Otel insan resepsiyonistləri əvəz edən insanabənzər robotlar və hətta dinozavr robotları ilə qonaqlarına sürətli və texnoloji təcrübə təqdim etməyi hədəfləyir. İlk filialı Naqasakidə açılan bu şəbəkə hazırda 20-dən çox filialla fəaliyyət göstərir. Lobi sahələrində interaktiv holoqramlar və mobil robot köməkçilər də mövcuddur.
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı
