Bu gün:

Həmas Qəzza atəşkəsi üzrə digər qruplarla məsləhətləşir


Həmas bildirib ki, ABŞ-nin təqdim etdiyi yeni Qəzza atəşkəsi və girovların azad olunması planına rəsmi cavab verməzdən əvvəl digər Fələstin qrupları ilə məsləhətləşir.ABŞ Prezidenti Donald Tramp cümə günü deyib ki, Həmasın planı qəbul edib-etmədiyi 24 saat ərzində məlum olacaq. O həmçinin bu həftənin əvvəlində İsrailin 60 günlük atəşkəsə razılaşdığını və bu müddət ərzində müharibənin bitməsi üçün danışıqlar aparılacağını söyləyib.

Bu arada İsrail ordusu Qəzza zolağında hava zərbələrini davam etdirir. Gecə saatlarında Xan Yunisdə köçkünlərin qaldığı iki çadıra hücum nəticəsində azı 15 fələstinli həyatını itirib. Ölənlər arasında 13 yaşlı Mayar əl-Farrın qardaşı Mahmud da olub. Mayar Reuters-ə deyib: “Atəşkəs olacaq, amma mən qardaşımı itirmişəm. Bu atəşkəs çoxdan olmalı idi".

Ashraf adlı qohumu ölən Adlar Muammar isə deyib: “Ürəyimiz ağrıyır. Qan tökülməsin. Müharibə bitsin".

İsrail ordusu hava zərbələri ilə bağlı açıqlama verməsə də, əməliyyatların Həmasın hərbi gücünü sıradan çıxarmaq məqsədi daşıdığını bildirib.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et