Fənərbaxçanın İstanbula gətirdiyi Jhon Duranla bağlı hələ də rəsmi açıqlamanın verilməməsi azarkeşlər arasında narahatlıq yaradıb. Digər tərəfdən, klubun kolumbiyalı futbolçunu niyə rəsmi olaraq elan etmədiyi də üzə çıxıb.

Son günlərdə tibbi müayinədən keçməsi üçün İstanbula gətirilən Jhon Duranla bağlı Fənərbaxçanın hələ də rəsmi məlumat yaymaması suallar doğurur. “Milliyet” qəzetinin məlumatına görə, sarı-göylər futbolçunun keçidi üçün Səudiyyə Ərəbistanından tələb olunan sənədləri hələ əldə etməyib.
Qeyd edək ki, Fənərbaxça daha əvvəl Səudiyyə Ərəbistanından transfer etdiyi Allan Sen-Maksimen və Anderson Taliska ilə bağlı da bənzər sənəd problemi yaşayıb və həmin keçidləri gec açıqlamalı olub.
Xəbərin təfərrüatında qeyd olunur ki, Səudiyyə tərəfdən gözlənilən sənədlər gəldikdən dərhal sonra Jhon Duran üçün imza mərasimi təşkil olunacaq.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
