Bu gün:

Kiyev dron hücumlarına məruz qalıb


Rəsmilərin verdiyi məlumata görə, Kiyevin demək olar ki, bütün rayonlarını əhatə edən intensiv Rusiya hücumları nəticəsində bir nəfər həlak olub, daha 26 nəfər yaralanıb.Cümə günü səhər saatlarında Ukraynanın paytaxtı üzərində kəskin tüstü təbəqəsi müşahidə olunub. Gecə boyu ətrafda hava hücumundan müdafiə silahlarının atəş, dron səsləri və güclü partlayışlar eşidilib. Ukrayna bildirib ki, Rusiya rekord sayda, yəni 550 dron və 11 raket atıb.

Hücumlar ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən telefon danışığından bir neçə saat sonra baş verib. Danışıqdan sonra Tramp mətbuata açıqlamasında bildirib ki, "məyus olub", çünki Putin Ukraynaya qarşı müharibəni dayandırmağa hazır olmadığını nümayiş etdirib.

Moskva isə bəyan edib ki, müharibə Rusiya öz məqsədlərinə çatana qədər davam edəcək. 

Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et