Bu gün:

"BKT Avropa Kuboku"nda rəqiblər müəyyənləşir


"Basketbol BKT Avropa Kuboku"nda 3 türk komandasının da yer alacağı qrup püşkatması sabah keçiriləcək.

Püşkatma İspaniyanın "Barselona" şəhərində yerləşən "Mediapro Auditorium"da TSİ ilə 13:45-də başlayacaq. Bu mövsüm "Avropa Kuboku"nda Türkiyəni "Bahçeşehir Koleji", "Beşiktaş Fibabanka" və "Türk Telekom" təmsil edəcək.

"BKT Avropa Kuboku"nda bu mövsüm də 20 komanda iştirak edəcək. Bu 20 komanda bərabər şəkildə iki qrupa bölünəcək, qruplarda ilk 2 yeri tutanlar birbaşa 1/4 finala vəsiqə qazanacaq. Üçüncü ilə altıncı yerlər arasında qərarlaşan komandalar isə səkkizli final mərhələsində oynayacaq. Bu mərhələdən keçən komandalar 1/4 finala yüksələcək.


Mənbə: TRT Haber 

Tərcümə etdi: Nigar Həsənzadə

Paylaş
Şərh əlavə et