Fənərbaxçada istədiyi qədər forma şansı əldə edə bilməyən Levent Mercan-a Super Liqanın yeni iştirakçısı Göztepe maraq göstərir. Sarı-qırmızıların 24 yaşlı müdafiəçinin transferi üçün Fənərbaxçada danışıqlar aparacağı bildirilib.

Adana Demirspordan müdafiəçi Arda Okan, Braziliyadan mərkəz müdafiəçi Allan Godoi və hücumçu Janderson, eləcə də İordaniyadan forvard Sabra ilə rəsmi müqavilə imzalayan Göztepe heyətini daha da gücləndirmək üçün iki yeni futbolçunu transfer siyahısına əlavə edib. Yenə Braziliya təmsilçisi Atletico Goianiense-nin 27 yaşlı yarımmüdafiəçisi Rhaldney Norberto Gomes ilə prinsipial razılıq əldə olunduğu qeyd edilib.
Sarı-qırmızılar eyni zamanda Fənərbaxçanın sol cinah müdafiəçisi Levent Mercan və İstanbul Başakşəhər ilə yollarını ayıran seneqallı hücumçu Filipp Keny üçün də hərəkətə keçib. Başakşehir klubu artıq Keny ilə yolların ayrıldığını rəsmi olaraq açıqlayıb. Göztepenin ötən mövsüm də maraq göstərdiyi 26 yaşlı hücumçu ilə əlaqə saxladığı bildirilir.
Komandasının cinahlarına da gücləndirmə etmək istəyən Göztepe, Levent Mercan transferi üçün Fənərbaxça ilə danışıqlar masasına oturmağa hazırlaşır. Futbol karyerasına Almaniyada "Recklinghausen" klubunun akademiyasında başlayan Levent, daha sonra VfB Hüls, Bochum, RW Essen, Schalke 04 U17 və U19 komandalarında çıxış edib. Schalke-nin əsas heyətinə qədər yüksələn gənc futbolçu Türkiyə macərasına "Karagümrük" klubu ilə start verib. Fənərbaxçada mövsüm 13 oyunda forma geyinən Levent bu matçların 6-da start heyətində meydana çıxıb.
Keny isə Başakşehir heyətində Avropa turnirləri də daxil olmaqla ümumilikdə 37 rəsmi matçda oynayıb, 5 qola və 3 məhsuldar ötürməyə imza atıb.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
