Bu gün:

Beşiktaş-da “ilan hekayəsi” sona çatdı


Beşiktaş bir müddətdir ayrılıq üçün danışıqlar apardığı italiyalı hücumçu Çiro İmmobile ilə yollarını ayırıb. Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləni ləğv edib.

TRT Spor-un yaydığı məlumata görə, İtaliya millisinin sabiq üzvü olan Çiro İmmobile bu gecə İstanbuldan ayrılacaq. Beşiktaş rəhbərliyi uzun müddət futbolçu ilə yolları ayırmaq üçün danışıqlar aparıb.

Xatırladaq ki, İmmobile Beşiktaş-a İtaliyanın “Latsio” klubundan 2 milyon avro qarşılığında transfer olunub. 35 yaşlı təcrübəli futbolçu “qara-ağ” formanı ümumilikdə 41 matçda geyinib, bu oyunlarda 19 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Beləliklə, Beşiktaş-da son dövrlərdə müzakirə mövzusuna çevrilmiş ayrılıq məsələsi yekunlaşıb və İmmobile ilə yollar rəsmən ayrılıb.

Mənbə: NTV spor 

Tərcümə etdi: Nərgiz Orucova 

Paylaş
Şərh əlavə et