Bu gün:

Turist Çinin "Terrakota döyüşçüləri"-nə zərər verib


Çinin məşhur tarixi abidəsi olan terrakota ordusuna zərər verən bir turistlə bağlı hadisə gündəmə gəlib. Hadisə ölkənin Şensi vilayətində yerləşən qədim imperator məzarında baş verib.

Məlumata görə, ziyarətçi eksponatlara icazəsiz şəkildə yaxınlaşaraq iki terrakota döyüşçüsünə zərər yetirib. Hadisə təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb və dərhal təhlükəsizlik əməkdaşları tərəfindən müdaxilə olunub.

Qədim Çin imperatoru Qin Şi Xuandinin məzarında yerləşən bu heykəllər eramızdan əvvəl III əsrə aiddir və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir. Onlar Çin mədəniyyətinin və tarixinin mühüm simvollarından sayılır.

Rəsmi şəxslər turistin hərəkətini məsuliyyətsiz və qanunsuz adlandıraraq onun barəsində müvafiq hüquqi tədbirlərin görüləcəyini bildiriblər. Zərər çəkmiş terrakota əsgərlərinin bərpası üçün mütəxəssislər cəlb olunub.

Hadisə sosial mediada da geniş rezonans doğurub və tarixi irsin qorunması ilə bağlı yenidən müzakirələrə səbəb olub.


Mənbə: Allthatsinteresting

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et