Bu gün:

Virciniyada Vətəndaş Müharibəsinə aid “cadu şüşəsi” tapılıb


ABŞ-ın Virciniya ştatında aparılan arxeoloji qazıntılar zamanı Vətəndaş Müharibəsi dövrünə aid maraqlı artefakt – “cadu şüşəsi” tapılıb. Tapıntı Virciniya Dövlətlərarası Layihəsi çərçivəsində, tarixi Corc Vaşinqtonun yaşayış yeri yaxınlığında aşkarlanıb.

Şüşənin 1861–1865-ci illərdə ABŞ-da baş vermiş vətəndaş müharibəsi dövründə qoruyucu məqsədlə istifadə edildiyi güman olunur. Alimlərin fikrincə, insanlar həmin dövrdə bu cür şüşə qabların içərisinə mismar, saç, sidik kimi əşyalar qoyaraq pis ruhlardan, cadudan qorunmağa çalışırdılar.


Qazıntı rəhbərləri bildiriblər ki, bu “cadu şüşəsi” həm dövrün mədəni baxışlarını, həm də müharibə zamanı insanların qorxu və inanc dünyasını anlamaq baxımından mühüm arxeoloji dəyərə malikdir. Tapıntı hal-hazırda təhlil üçün müvafiq mərkəzə göndərilib.


Arxeoloqlar bu cür artefaktların nadir olduğunu və onların insan psixologiyası ilə tarix arasındakı əlaqəni anlamağa kömək etdiyini vurğulayıblar.


Mənbə: Allthatisinteresting

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et