Bu gün:

Allan Sen-Maksimen gələcəyi ilə bağlı danışıb


Futbolçu karyerasını Fənərbaxçada icarə əsasında davam etdirən və müqaviləsinin başa çatması ilə yenidən Əl-Əhli klubuna qayıdan fransalı vinger Allan Sen-Maksimen gələcək planları barədə açıqlama verib.

Təcrübəli futbolçu qatıldığı bir yayımda bildirib:

"Həll etməli olduğum iki-üç məsələ qalıb, lakin tezliklə geri dönəcəyəm".


Səudiyyə Ərəbistanının Əl-Hilal klubundan mövsüm əvvəlində Fənərbaxçaya icarəyə keçən Sen-Maksimenin yeni komandasının hansı olacağı hələlik bilinmir. Fransalı ulduz, gələcək planlarından danışarkən oynamaq istədiyi klubun da adını çəkib:


"Tezliklə Fransaya qayıdacağam. Qəlbim Nis klubundadır, bəlkə bir gün oraya geri dönərəm. Həll etməli olduğum iki-üç şey daha var, amma geri dönəcəyəm, gözləyin", – deyə o bildirib.


Futbol karyerasına Fransada ACBB-nin akademiyasında başlayan Allan Sen-Maksimen daha sonra Sent-Etyen, Monako, Bastia və Nis kimi klubların formasını geyinib. O, bir müddət Almaniyanın Hannover klubunda icarə əsasında çıxış etdikdən sonra 2019-cu ilin yayında İngiltərənin Nyukasl Yunayted klubuna transfer olunub.


2023-cü ildə Nyukasldan ayrılan oyunçu Səudiyyə Ərəbistanının Əl-Əhli klubu ilə müqavilə imzalayıb. Geridə qalan mövsümü isə Fənərbağçada keçirib.


İki mövsüm Nis klubunda çıxış edən Sen-Maksimen ümumilikdə karyerası ərzində 333 oyunda meydana çıxıb, 36 qol vurub və 54 məhsuldar ötürmə ilə yadda qalıb. 28 yaşlı futbolçu son mövsümdə Fənərbaxçanın heyətində 31 oyuna çıxıb, 4 qol və 5 asistlə yadda qalıb.


Mənbə: NTV spor 

Tərcümə etdi: Nərgiz Orucova 

Paylaş
Şərh əlavə et