SoftBank şirkəti baş direktoru Masayoshi Sonun rəhbərliyi ilə “OpenAİ”a 33,2 milyard dollar sərmayə qoyacağını açıqlayıb. Bu addım süni intellektin qlobal gələcəyini formalaşdıracaq strateji əməkdaşlıq kimi qiymətləndirilir.
SoftBank-ın OpenAİ Vizyonu: “Dünya insan intellektindən 10.000 dəfə güclüdür”
Tokioda keçirilən illik səhmdarlar yığıncağında çıxış edən Masayoşi Son bildirib ki, bu investisiyanın məqsədi “Süni Super İntellekt” dövrünü başlatmaqdır. Onun sözlərinə görə, bu dövr insan zəkasından 10.000 dəfə güclü süni sistemlərin yaranacağı bir gələcək deməkdir.
Masayoşi Son görüşdə aşağıdakı diqqətəlayiq açıqlamalar verib: “SoftBank olaraq biz sadəcə pul yatırmırıq. Biz insan intellektinin on min dəfə səviyyəsinə çatacaq süni intellektin təşkilatçısı olmaq istəyirik. Bunun üçün bütün riskləri öz üzərimizə götürürük".
Bu sözlər SoftBank-ın süni intellekt yarışında aparıcı oyunçu olmaq məqsədini göstərib.
Microsoft və OpenAİ arasındakı gərginlik SoftBank üçün yeni sahə açıb:
Məlumdur ki, son illərdə OpenAİ-nin əsas dəstəkçisi Microsoft olub. Lakin 2024-cü ildən etibarən vəziyyət dəyişməyə başlayıb. OpenAİ rəhbərliyi şirkəti mənfəət yönümlü struktura çevirmək istədiyi halda, Microsoft bu dəyişikliklərdən kənarda qalmağı seçib.
Bu vəziyyət SoftBank üçün böyük fürsət yaradıb. Masayoşi Son bildirib ki, Microsoft əvvəllər ilk seçim olsa da, uzunmüddətli perspektivdə bu “strateji səhv” ola bilər. Buna görə də, SoftBank işə müdaxilə edərək OpenAİ ilə əlaqələrini daha da gücləndirib.
SoftBank-ın "Süni Super İntellekt" planı:
Əslində, SoftBank-ın süni intellekt strategiyası təkcə OpenAİ ilə məhdudlaşmır. Son illərdə şirkət süni intellekt infrastrukturunu formalaşdıracaq çip və prosessorların istehsalına böyük sərmayələr yatırıb.
Bu kontekstdə:
2016-cı ildə SoftBank İngiltərənin çip nəhəngi “Arm”ı alıb. Son vaxtlar isə ABŞ-nin çip istehsalçısı Ampere-ni 6,5 milyard dollara əldə edib. Bu sərmayələr, şirkətin fövqəlbəşəri süni intellekti həyata keçirmək üçün aparat ekosistemini qurmaq planının bir hissəsidir. Beləliklə, SoftBank həm proqram təminatı, həm də avtonom sistemləri idarə edən çiplər istehsal edəcək.
Bu addım niyə tarixi hesab olunub?
SoftBank-ın “OpenAİ”a 33 milyard dollar sərmayə qoyması təkcə maliyyə ölçüsünə görə deyil, tarixi əhəmiyyət kəsb edib. Eyni zamanda, süni intellekt yarışmasında yeniliklərə imza atacaq.
Microsoft və OpenAİ arasındakı əlaqənin zəifləməsi, SoftBank-ın süni super intellektə aqressiv yanaşması və Arm ilə Ampere kimi strateji avadanlıq investisiyaları gələcəkdə süni intellektin inkişafına rəhbərlik edəcək şirkətlərin siyahısını yenidən formalaşdıracaq.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
