Bu gün:

Beyin implantasiyası iflic olan xəstəyə yeriməyə imkan verir


İsveçrədə aparılan araşdırmada iflic olan bir insan elektron beyin implantları sayəsində yalnız düşünərək yeriyə bilib.


 40 yaşlı hollandiyalı Gert-Jan Oskam bu üsulun həyatını dəyişdiyini bildirib. Oskam 12 il əvvəl velosiped qəzası nəticəsində iflic olub. Elektron implantlar onun fikirlərini onurğasına ikinci implant vasitəsilə kabelsiz şəkildə ayaqlarına ötürür. 


Əməliyyat necə aparıldı? 


Əməliyyat 2021-ci ilin iyulunda həyata keçirilib. Professor Bloch beyinin hərəkəti idarə edən nahiyələri üzərində kəllənin hər iki tərəfində 5 sm diametrli iki dəlik açıb. Daha sonra, o, başındakı dəbilqəyə bərkidilmiş iki sensora beyin siqnallarını naqilsiz ötürən iki disk formalı implant yerləşdirib. İsveçrə komandası bu siqnalları Oskamın onurğa beyninin ətrafına yerləşdirilən ikinci implant vasitəsilə ayaq əzələlərini hərəkət etdirmək üçün təlimatlara çevirən alqoritm hazırlayıb.


Bir neçə həftəlik məşqdən sonra Oskam gəzinti aparatının köməyi ilə ayağa qalxıb və yeriyə bilib. Beyin implantları professor Kortinin remobilizasiya üçün yalnız onurğa implantından istifadə etdiyi əvvəlki işinə əsaslanır. Onurğa implantı onurğanın zədələnmiş hissəsinə beyindən gələn zəif siqnalları gücləndirir.



Mənbə: Bbc türk

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et