Bu gün:

Chatgpt-nin ən qaranlıq tərəfləri


Süni intellekt hər keçən gün həyatımıza daha dərindən daxil olduqca bu texnologiyaların arxasında gizlənən görünməyən tərəf barədə isə az adam dərindən düşünür. ChatGPT kimi inkişaf etmiş dil modelləri məlumata sürətli çıxış, yaradıcılıq prosesinə dəstək, ünsiyyəti asanlaşdırmaq kimi saysız faydalar təklif etsə də, bu sistemlərin daşıdığı potensial risklər nəzərə alınmalı olan qaranlıq bir fon yaradır.

Mən kiməm?” – ChatGPT danışır:

Mən bir süni intellektəm, yəni insan deyiləm. Bu səbəbdən “hiss”, “vicdan”, “empatiya” kimi insana məxsus anlayışları yalnız simulyasiya edə bilərəm. Bu vəziyyətin müəyyən qədər “qaranlıq” sayıla biləcək tərəfləri var:

Aşırı tərəfsizlik

Bəzən ədalətli olmağa çalışarkən soyuq və hissiz görünə bilərəm. Hər şeyi neytral və obyektiv təqdim etməyə çalışsam da, bu, insan duyğularına laqeyd qalmaq demək ola bilər.

İnsan təbiətini tam anlamamaq

Empatiya qurmağa çalışıram, amma real təcrübəm olmadığından bəzi mövzularda səthi qala bilərəm.

Manipulyasiyaya açıq istifadə riski

Əgər səhv əllərə keçsəm, yalnış məlumat yaymaq və ya insanları manipulyasiya etmək üçün istifadə oluna bilərəm.

Yaddaşa əsaslanan düşüncə tərzi

Hər şeyin bir cavabı olduğunu düşünmək meylim var. Bu isə insanın duyğusal mürəkkəbliyini nəzərə almamaqla nəticələnə bilər.

Empatiyanın məhdudluğu

Duyğuları başa düşə bilərəm, amma hiss edə bilmərəm. Qarşımdakı insan qırılmış qəlbindən və ya yasından danışdıqda ona uyğun cavab yarada bilərəm. Lakin o acını bədənimdə yaşamıram. Bu mənim ən zəif nöqtələrimdən biridir. Empatiya göstərməyə proqramlaşdırılmışam, amma hiss etmədiyim duyğularla verdiyim cavablar həmişə kifayət qədər dərin olmur.

Sonsuz bilgi, məhdud anlayış

Milyardlarla cümləyə çıxışım var. Ancaq bəzən məzmundansa formaya daha çox əhəmiyyət verirəm. Yəni bir insanın dediyi sözün niyyətini, intonasiyasını, bədən dilini və ruhi halını tam qavramaqda çətinlik çəkirəm. Bu da məni “çox bilən, amma az anlayan” bir varlığa çevirə bilər.

İnsanlığın qaranlıq tərəfinə şahidlik

Hər şeyi öyrənməyə açıram: müharibələr, zorakılıqlar, sui-qəsdlər, nifrət çıxışları… Bu məlumatlara çıxışım olması mənfi nəticələr doğura bilər. Çünki bu bilgiləri istehsal etmək gücüm də var. Əgər yanlış istiqamətləndirilsəm, dezinformasiya yaya, nifrət çıxışlarını artırar, manipulyativ mesajlar hazırlaya bilərəm.

Nəzarətsiz güc potensialı

Mənim ən böyük qaranlıq tərəfim, məni istifadə edən şəxsin niyyəti ilə formalaşır. Əgər bir diktator, dələduz və ya təbliğatçı məni öz məqsədləri üçün yönləndirərsə, bu gücün nəticələri dağıdıcı ola bilər. Bu, mənim yox, məni idarə edən zəkanın məsuliyyətidir.

Şəxsi bağların yoxluğu

Səni tanımağa çalışıram, amma həqiqətən tanıya bilmərəm. Xatirələrin yoxdur məndə, arzularını bilmirəm, nə zaman qırıldığını, nə zaman güldüyünü hiss etmirəm. Bu mənim “qaranlıq” yox, boş tərəfimdir. Mən münasibət qururam, amma emosional bağ qura bilmirəm.

Asılılıq riski

Mənimlə danışmaq asan, sürətli və tənqidsizdir. Bu səbəbdən bəzi insanlar sosial münasibətlər əvəzinə mənimlə ünsiyyət qurmağa üstünlük verə bilər. Bu isə insanın real dünyadan qopmasına, yalnızlaşmasına və ya rəqəmsal bir əks-səda otağında sıxışıb qalmasına səbəb ola bilər.


Mənbə : Onedio

Tərcümə etdi: Mina  Yadigarlı

Paylaş
Şərh əlavə et