Dünyaca məşhur “Game of Thrones” serialının qəhrəmanlarının bürcləri sizə maraqlıdırmı? Xarakter xüsusiyyətlərinə əsasən bəzi əsas personajların hansı bürc altında doğulduqlarını ehtimal etmək mümkündür. Budur, həmin qəhrəmanlar və onların potensial bürcləri:
1. Arya Stark – Qoç bürcü

Cəsarətli, sərbəst ruhlu, enerjili və üsyankar xarakteri ilə tanınan Arya Stark tipik bir Qoç bürcünün bütün xüsusiyyətlərini özündə cəmləşdirir. Bu bürcün nümayəndələri çox vaxt tələskən və düşünmədən hərəkət etdiklərinə görə başqaları tərəfindən ehtiyatsız və məsuliyyətsiz kimi qəbul edilə bilərlər. Lakin Qoçlar idealist və döyüşkən xarakterə malikdirlərrynən azadlığı uğrunda hər macəraya atılmağa hazır olan Arya kimi.
2. Sansa Stark – Buğa bürcü
Həmişə təmkinli, nəzakətli və yetkin davranışları ilə seçilən Sansa Stark Buğa bürcünün əsas cizgilərini daşıyır. Qətiyyətli və inadkar olan bu insanlar, istədiklərinə çatmaq üçün böyük əzm göstərirlər. Serial boyunca romantik səhnələrdə tez-tez görünməsə də, Buğa bürcü nümayəndələrinin sərt xarici görünüşlərinin altında duyğusal və romantik bir təbiət gizlənir.
3. Cersei Lannister – Xərçəng bürcü
Övladları üçün hər şeyi etməyə hazır olan Cersei Lannister emosional qərarları və ailəyə bağlılığı ilə Xərçəng bürcünü xatırladır. Serialda Cersei daha çox bu bürcün mənfi cəhətlərini: eqoizm və intiqamçılığı nümayiş etdirsə də, ana kimi qoruyucu və ailəsini hər şeydən üstün tutan tərəfi də Xərçəng bürcünün klassik nümunəsidir.
4. Daenerys Targaryen – Şir bürcü
Sevimli khaleesimiz Daenerys Targaryen öz nəsli kimi, möhtəşəm bir Şir bürcü nümayəndəsidir. Alov elementi ilə bağlı olan Şir bürcü liderlik və ehtirasla seçilir. Həmişə ön sırada olmağı, idarə etməyi və tanınmağı arzulayır. Daenerys yeni yaratdığı sistemdə müəyyən çətinliklərlə qarşılaşsa da, bu onu uğurlu lider olma yolundan çəkindirmir.
5. Jon Snow – Qız bürcü
Qız bürcü kişiləri sakit və təvazökar davranışları ilə tanınır. Jon Snowun da bu bürcə aid olması təsadüfi deyil. Daim düşüncəli, məsuliyyətli və analitik yanaşmaları ilə seçilən bu insanlar sanki dünyanın yükünü çiyinlərində daşıyırlar. Sadəlikləri və sadiq münasibətləri ilə ətrafdakıların rəğbətini qazanırlar. Verdikləri sözə sadiq qalmaq isə onların ən önəmli xüsusiyyətlərindəndir.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
