Transfer fəaliyyətlərini sürətlə davam etdirən “Fənərbaxça” bu dəfə Səudiyyə Ərəbistanının “Al Ahli” klubunun formasını geyinən tanınmış futbolçu Serjey Milinkoviç-Saviç üçün hərəkətə keçib. Sarı-lacivərtlilərin serbiyalı ulduzu icarəyə götürmək istədiyi və bunun üçün təklif etdiyi məbləğin də ortaya çıxdığı iddia olunur.

Türkiyə mətbuatında yer alan məlumatlara əsasən, Fənərbaxça hal-hazırda bir çox futbolçu ilə danışıqlar aparır. Bu sırada “Al Ahli”- də çıxış edən Milinkoviç-Saviçin də klubun transfer gündəminə daxil olduğu qeyd edilir.
“Sözcü” nəşrinin yaydığı məlumata görə, 30 yaşlı futbolçunun meneceri azərbaycanlı azarkeşlərə də yaxşı tanış olan sabiq Fənərbaxça oyunçusu Mateya Kezmandır. Xəbərdə bildirilir ki, danışıqlar birbaşa Kezman vasitəsilə həyata keçirilir və Fənərbaxçanın “Al Ahli”yə rəsmi icarə təklifi təqdim etdiyi vurğulanır.
Qeyd olunur ki, illik 25 milyon avro maaş alan serbiyalı futbolçuya Fənərbaxça 10 milyon avro məbləğində təklif irəli sürüb. Ötən mövsüm 49 oyunda meydana çıxan Milinkoviç-Saviç 17 qol və 8 assistlə yadda qalıb.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
