Bu gün:

Nicolo Zaniolo transferində gözlənilməz gedişat


İtaliyanın “Fiorentina” klubunda mövsümü tamamlayan və “Qalatasaray”a məxsus olan hücumçu Nikolo Zaniolonun gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Almaniya Bundesliqası klubları ilə yanaşı, gözlənilməz şəkildə başqa bir Avropa komandası da futbolçunun transferi üçün hərəkətə keçib.

Qalatasaray tərəfindən ötən mövsüm “Atalanta” və daha sonra “Fiorentina”ya icarəyə verilən 25 yaşlı italiyalı hücumçunun icarə müqaviləsi başa çatıb. Yeni mövsüm öncəsi İstanbul klubunun düşərgəsinə qoşulması gözlənilən Zaniolonun Qalatasaraydakı taleyi hələ də aydın deyil.


ESPN-də yer alan məlumata görə, hazırda hücum xəttini gücləndirmək istəyən Hollandiya təmsilçisi PSV, Zaniolonun transferini qiymətləndirən klublar sırasına qoşulub. Xəbərdə qeyd olunur ki, Bundesliqa təmsilçiləri də Zaniolo ilə maraqlanır.


PSV-nin Noa Lanqı “Napoli”yə göndərməyə hazırlaşdığı, Malik Tillman üçün “Bayer Leverkuzen”lə danışıqlar apardığı və adı müxtəlif Avropa klubları ilə hallanan Yohan Bakayokonun da ayrılma ehtimalı səbəbilə Zaniolonun əsas namizədlərdən biri olduğu bildirilir.


Geridə qalan mövsümdə 36 oyuna çıxan Nikolo Zaniolo, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Qalatasaray”a 2022/23 mövsümünün qış transfer dönəmində transfer olunub.

Mənbə: NTV spor 

Tərcümə etdi: Nərgiz Orucova 


Paylaş
Şərh əlavə et