Bu gün:

Saat əqrəblərinin göstərdiyi vaxtların mənası nədir?


Gün ərzində 13 dəfə tərs saatlara, 24 dəfə isə ikiqat saata təsadüf edir. Qoşa saatlar tərs saatlara nisbətən daha müsbət mesajlar və mənalar daşıyır. Saatların mənası sevgi, iş və ya şəxsi həyat kimi bir çox mövzularda şərhləri ehtiva edir. 


00.00 Saat Mənası – Yuxularında Sizi Görür 

Saat 00.00, iş həyatınızda qarşılaşdığınız və öhdəsindən gələ bilməyəcəyinizi düşündüyünüz çətinliklərin çox uzun sürməyəcəyini göstərir. Nə qədər çətin olsa da, bu çətinliklərin öhdəsindən gələcəksiniz. Etməli olduğunuz tək şey özünüzə və bacardığınıza inanmaqdır. Saata baxıb 00.00-ı görsəniz, sevdiyiniz insanın sizi gördüyünə əmin ola bilərsiniz. Bu adam ertəsi gün səhər sizə zəng edə və sənin haqqında necə yuxu gördüyünü deyə bilər. 

00.00 Numerologiya ilə məna və əlaqəsi

Numerologiya ilə 00.00-ın mənası arasında əlaqə var. "0" rəqəminin birləşməsi həyatınızda özünüzü kəşf edəcəyiniz parlaq və geniş bir dövrü göstərir. 

01.01 Saatın Mənası – O Səni Sevir 

01.01 vaxt ətrafınızda sizi sevən birinin varlığını göstərir. Bu insan tanımadığınız biri ola bilər və ya sevdiyiniz biri ola bilər. 01.01 saatı da iş həyatının güclü, fədakar şəxsiyyətini əks etdirən bir saat qurşağındadır. Sizə yüksəliş və ya yeni iş təklifi verilə bilər kimi məna da kəsb edir.

01.10 Numerologiya ilə məna və əlaqəsi 

01.10 rəqəminin arxasındakı numeroloji məna sizin üçün ilham mənbəyini simvollaşdırır. Bu rəqəm sizin içinizdə parlayan ilhamla diqqəti çəkir. Yüksək enerjinizdən istifadə edərək başqalarını ruhlandırmaq mümkündür.

02.20 Saatın Mənası – O, Səni Sevmir 

Tərs çevrilmiş saatların mənaları adətən mənfi olur. Daim göz təması qurduğunuz üçün onun sizdən xoşlandığını düşünürsünüz, amma təəssüf ki, belə deyil. Baxışlarınızdan narahat olduğu üçün sizə baxır. O səni sevmir. 

02.20 Numerologiya ilə məna və əlaqəsi

02.20 saat qurşağının cəmi olan 22 rəqəmi numerologiyada ən güclü rəqəmlərdən biridir. Bu saat qurşağı sizə təklif olunan böyük şanslardan asanlıqla istifadə etmək bacarığınızı simvollaşdırır. Gözlənilməz bir fürsət qarşınıza çıxacaq. Bunu yaxşı dəyərləndirə bilsəniz, böyük uğur qazanacaqsınız.

Mənbə: Habertürk

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et