Bu gün:

Zəngli saat icad edilməmişdən əvvəl insanlar necə oyanıblar?



Zəngli saat yalnız XIX əsrin ortalarında icad edilib. Bu, illərdir hər gün bizə kömək edən dahiyanə bir kəşf olub. Bəs ondan əvvəl insanlar necə oyanıblar? Cavab sadədir: onlara zəkaları kömək edib.


Şam-siqnalizasiya


Zəngli saatın ilk icadına qədim Çində cəhd edilib. Zirək çinlilər hündür bir şam götürüb, onun yanma müddətini hesablayıb, üzərində müəyyən vaxt hissələrinə uyğun nişanlamalar ediblər. Daha sonra həmin nişanlara kiçik mıxlar və ya metal əşyalar sancıblar və şamı metal bir səthin üzərinə qoyublar. Şam yanaraq metal əşyaların taxıldığı hissəyə çatanda həmin əşyalar düşüb və yüksək səs çıxarıb, bu səsdən insanlar oyanıblar.


Oyadanlar


Tənzimlənə bilən ilk mexaniki zəngli saat 1847-ci ildə patentləşdirilsə də, dərhal geniş yayılmayıb. Bu icad təkmilləşdirildiyi və dünyaya yayılmağa çalışdığı dövrdə, XIX əsrdə İngiltərədə oyadan adlı bir vəzifə yaradılıb. Onlara sadəcə “zəngli saat” deyiblər. Onların vəzifəsi gecə oyaq qalmaq və oyatma vaxtı çatanda uzun çubuqlarla işçilərin pəncərələrinə döymək olub ki, onlar oyansınlar və işə tələsinlər. Onlar müştəri tam oyanana qədər döyməyə davam ediblər.


Kilsə zəngləri və zavod siqnalları


Hər ibadət öncəsi kilsələrdə zəng səsləri eşidilib. Bu zənglərin əsas məqsədi insanları oyatmaq olmasa da, ibadətin başlandığını bildirmək olub. Amma səs o qədər güclü olub ki, bir çox insanları vaxtında oyatmağı bacarıb. Sənaye dövrünün əvvəlində isə bu rolu zavod siqnalları üzərinə götürüb. Hər səhər iş gününün əvvəlində bu siqnallar verilib, işçilər əsasən zavodlara yaxın yerlərdə yaşayıblar, buna görə də oyanmamaq və işə gecikmək ehtimalları olmayıb.


Mənbə: www.techinsider.ru


Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et