Bu gün:

Huawei Mate XT 2 nə zaman təqdim olunacaq?


Mobil texnologiya inkişaf etdikcə, qatlanan smartfonlar ön plana çıxır. Huawei bu sahədəki uğurları ilə diqqət çəkir. Şirkətin qatlanan modelləri Asiyada böyük maraq görüb. İndi isə diqqətlər yeni üçqat modeli - Mate XT 2-yə yönəlib. 

Huawei Mate XT 2 nə vaxt təqdim olunacaq?

Etibarlı mənbə Smart Pikachu-ya görə, Huawei Mate XT 2 smartfonunu 2025-ci ilin sentyabrında təqdim edəcək. Bu tarix əvvəlki Mate XT modelinin təqdimatı ilə oxşarlıq təşkil edir. 

Hazırda cihaz daxili test mərhələsindədir. Hazırlıq bitdikdən sonra təqdimat üçün geri sayım başlayacaq. Cihazın əvvəlcədən sifarişə açılması və təqdimatdan sonra bəzi bazarlarda satışa çıxması gözlənilir. 


Birinci nəsil Huawei Mate XT nə təklif edib?

Huawei Mate XT seriyasının ilk modeli 2024-cü ilin sentyabrında təqdim olunub. Cihaz texnologiya həvəskarları arasında böyük marağa səbəb olub. Onun əsas xüsusiyyətləri bunlar olub:

1. 10,2 düymlük ekran;

2. 3,6 mm qalınlıq;

3. Üçlü kamera sistemi: 50 MP əsas sensor, 13 MP ultra geniş bucaqlı kamera və periskop obyektiv;

4. 16 GB RAM və 1 TB-a qədər daxili yaddaş;

5. 400.000-dən çox satış göstəricisi

Bu uğurlu çıxış Huawei Mate XT 2 ilə bağlı gözləntiləri daha da artırıb.


Huawei Mate XT 2-nin əsas xüsusiyyətləri

Sızan ilkin məlumatlara görə, Huawei Mate XT 2 yalnız dizayn baxımından deyil, texnoloji baxımdan da fərqlənəcək. Yeni modelin aşağıdakı xüsusiyyətlərlə təqdim olunacağı gözlənilir:

Üçqat qatlanan dizayn: Mate XT 2-nin ən diqqətçəkən xüsusiyyəti üçqat qatlanan ekran strukturu olacaq. Bu sayədə cihaz həm yığcam olacaq, həm də tam açıldıqda planşet ölçüsündə ekran təqdim edəcək.

Ultra Flexible Glass (UFG) texnologiyası: Huawei bu modeldə ekranın davamlılığını artırmaq üçün UFG texnologiyasından istifadə edəcək. Bu, ekranın cızılma və qırılma riskini azaldacaq.

Peyk bağlantısı dəstəyi: Cihaz peyk rabitəsi ilə gələcək. Bu, zəif internetdə və fövqəladə hallarda mesaj göndərməyə imkan verir. Bu xüsusiyyət əvvəllər Huawei Mate 60 Pro və bəzi iPhone modellərində olub.

Təkmilləşdirilmiş çipset və kamera: Huawei Mate XT 2 yeni nəsil çipset, süni intellektli kamera və 5G ilə peyk bağlantısını birləşdirən texnologiyalarla gələcək. Çipset modeli hələ dəqiq olmasa da, Kirin və ya Qualcomm prosessoru ola bilər. 


Huawei Mate XT 2 hansı bazarlarda satışa çıxacaq?

Huawei-nin yeni qatlanan modeli əvvəlcə Çin bazarında satışa çıxacaq. Sonra Avropa, Cənub-Şərqi Asiya və Yaxın Şərq bazarlarına da gedə bilər. Türkiyədə isə rəsmi və ya paralel idxalla satışa çıxması gözlənilir. 


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et