Bu gün:

Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək- Müsahibə


Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının Minskdə keçiriləcək sammitində iştirak etməyəcək. Bu barədə Belarusun xarici işlər naziri Maksim Rıjenkov məlumat verib. Bildirilib ki, Paşinyan tədbirə videokonfrans vasitəsilə qatılacaq. Mövzu ilə bağlı politoloq Tural İrfan 24Media.az- da öz fikirlərini bölüşüb.

-Nikol Paşinyanın sammitə fiziki olaraq qatılmamaq qərarının arxasında hansı siyasi və ya diplomatik səbəblər dayanır?

"Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının sammitində əyani iştirakdan yayınmaqda məqsədi ona və ya ölkəsinə təziqlərin olacağından ehtiyyat etməsidir. Eyni zamanda, təhlükəsizliyindən də narahatdır. Keçən il də Paşinyan bu təşkilata sədrlik etdiyi halda Ermənistanda keçirilməsinə imkan yaratmadı. Mümkün olduğu qədər yayınmağa çalışır. Qərbin təziqlərindən qorxur. Bunun Ermənistanın həmin ittifaqdakı mövqeyinə ciddi təsir edəcəyinə inanmıram. Paşinyan əvvəlki illərdə COVİD-19-u bəhanə edib, iştirak etməkdən yayınırdı. Yəqin indi də müəyyən bəhanələr edəcək. Burada hər hansısa şəxsi zəmin görünmür. Amma realıq odur ki, Rusiya və Ermənistan arasında müəyyən gərginliklər var. Bunun səbəbi isə son zamanlarda hakimiyyətə qarşı Ermənistanda qruplaşmalar var. Ermənistanda bunun günahını Rusiyada görür. Tədbirə fiziki olaraq qatılmamaq, ilk növbədə, asılı olmadığını, yeri gələndə imtina edə biləcəyini, müstəqil qərar verə bilmək gücünə sahib olduğu görüntüsünü də yaradır. Meylini Qərbə salan Ermənistan baş naziri bu cür təşkilatların tədbirlərində könülsüz iştirak edir. O, çıxışlarında müstəqil bir dövlət olduğunu vurğularyır".

Ayşən Səlimova 

Paylaş
Şərh əlavə et