24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı oftalmoloq Elnarə Məmmədovadır. O, yay aylarında yaşanan göz problemlərindən danışıb.
-Yay ayları gəlir. Bir çox insanlarda göz allergiyası yaranır. Bunun səbəbi nədir?
Yay aylarında ən çox narahat edən problemlərdən biri gözdə quruluq, qızartı, ağrı, qaşınma və gözlərin tez-tez qırpılmasıdır. Gözə düşən şüalar gözü həddindən artıq qıcıqlandırdığından ən çox bu şikayətlər yay aylarında olur. Ən çox yaranan problemlərdən biri də göz quruluğudur. Göz quruluğunun səbəbi telefona, kompüterə çox baxmaqdır. Belə ki, biz ora fokslanan zaman gözlərimizi çox qırpırıq və göz qızarmağa başlayır. Problemlər, əsasən, yay aylarında yaranır. Yaz-yay aylarında havalar isti olduğuna görə daha çox kondisioner altında otururuq. Bu zaman sərin mühitdən isti mühitə keçəndə avtomatik göz qızarmağa başlayır. Göz qızarması ilə bərabər gözdə sulanma və yaş axma yaranır.
24Media.az xatırladır ki, oftalmoloqlar gözləri ovxalamağı göz sağlamlığı üçün çox ziyanlı hesab edirlər. Bunun nəticəsində buynuzlu qişa zədələnə, cızıla bilər ki, gözdə iltihab yarana bilər.
Fidan Əlizadə
