Bu gün:

Veronada turist “Van Qoq” stulunu sındırıb


İtaliyanın Verona şəhərindəki Palazzo Maffei muzeyində bir turist foto çəkdirmək üçün Swarovski kristalları ilə bəzədilmiş “Van Qoq” stuluna oturaraq onu sındırıb. Hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə kişi əvvəlcə qadına şəkil çəkdirib, sonra özü stula oturub və nəticədə stulun ayaqları qırılıb. Cütlük dərhal muzeyi tərk edib.

Muzeyin rəhbəri Vanessa Carlon bu hərəkəti “hörmətsizlik” və “mədəni irsə zərbə” adlandırıb. Stul bərpa olunub və yenidən sərgidə nümayiş etdirilməyə başlanıb.

Qeyd olunub ki, əsər rəssam Nicola Bolla tərəfindən Van Qoqun məşhur stul rəsmi əsasında hazırlanıb və yalnız baxış üçün nəzərdə tutulub. Muzey xəbərdarlıq lövhələri yerləşdirsə də, turistlər buna məhəl qoymayıblar. Hadisə cəmiyyətdə ciddi narazılıq doğurub.


Mənbə: Allthatsinteresting

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et