ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrə cavab olaraq İranın dünyanın ən işlək neft daşımaları marşrutu olan Hörmüz boğazını bağlaya biləcəyi ilə bağlı geniş ehtimallar var.

Qlobal neft və qazın təxminən 20%-i bu Fars körfəzindəki dar dəniz keçidindən keçir. Onun bağlanması qlobal iqtisadiyyata ciddi təsir göstərə bilər, beynəlxalq ticarəti pozar və neftin qiymətini kəskin şəkildə artırar.
Bu həmçinin dünya üzrə mal və xidmətlərin dəyərini artıraraq Çin, Hindistan və Yaponiya kimi dünyanın ən böyük iqtisadiyyatlarını sarsıda bilər. Çünki bu ölkələr Hörmüz boğazından keçən xam neftin əsas idxalçılarıdır.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
